Puan vermedi·408 syf.····Okunma: 30 Aralık 2021 19:43 Bu gün ilk kitabı oxuyub bitirdim, növbəti kitaba davam edəcəyindən isə əmin deyiləm...
Bu kitabı ilk dəfə elektron kitab proqramında (Aldiko) görmüşdüm, "Anne with E" ilə eyni olduğundan xəbərim də yox idi. Bu gün oxuduqdan sonra isə bu qədər çox insan tərəfindən tanınıb, kulta çevrilməsini o qədər də anlaya bilmədim. Baş qəhrəman mənə görə çox-çox danışırdı. Bir qədər Pollyanna obrazını da xatırlatdı. Ümumiyyətlə, baş qəhrəmanın ENFP olduğunu düşündüm niyəsə.) Baş qəhrəmanın çox danışmasını və "mən nə etdim ki?" çıxışlarını saymasam, maraqlı idi, çox yox, orta dərəcədən biraz çox. 30.12.2021 tarixində düşüncələrim hələki bunlardır.