·186 syf.····Okunma: 01 Ocak 2022 22:39 “Hayatın kendisi, gücün ve özün karışımından ibarettir, her ikisinin de fazlasını kaldırmaz.”
“İnsanın Görkemi” transandatalist filosof və yazar R. W. Emersonun ən təməl fikirlərinin toplandığı əsərlərindən biridir. Başlıca olaraq əsər özünə güvənməyin kəşfidir. Özgüvəndə ustalaşmağın önündəki ən böyük əngəl isə təqlid və uyumdur. Öyrənmənin sərhədləri içində belə təqlid etməyi rədd edir, bunun əvəzinə intellektual uğurun yalnızca azad, özgün düşüncə yolu ilə gəldiyini qeyd edir.
Emerson fərd olaraq instinktlərin, düşüncələrin və hərəkətin dəyərini vurğulayır. Hər insanda bir potensial mövcuddur, ancaq bu potensial fərdin öz güclü tərəflərini və özgüvənini mənimsəməsi ilə ortaya çıxarıla bilər. Fərd olduqdan sonra insan öz-özünə düşünmək və seçimlərinə görə hərəkət etməklə bir yerə sahib ola bilər. Yalnızlıq və sərbəstlikdəki rahatlıq lazımlı bir gücə çevrilir və bu güc hömükətdən dinə qədər insan üzərində təsirə malik olan bütün xarici avtoritar güclərə olan “ehtiyacı” azaldır.
Əsər yekun olaraq fərdlərin özü, ətrafındakılar və cəmiyyətlə münasibətlərini yenidən gözdən keçirmək və qurmaq üçün bir çağırış edir. Özü mərkəzdə ikən bir insan bütün potensialını gerçəkləşdirə bilər, həm özünə, həm də cəmiyyətə fayda verə bilər.