Gönderi

144 syf.
10/10 puan verdi
·
3 günde okudu
Danabaş kəndinin əhvalatları
Azərbaycan ədəbiyyatına giriş etmək üçün nədənsə Cəlil Məmmədquluzadəni seçmək istəyi var idi içimdə. (Hərçənd ki, Salam Qədirzadənin “46 Bənövşə” əsəri ilə başlanğıc etmişdim, amma məndə öz ədəbiyyatımıza qarşı bir maraq oyatmamışdı.)Yaxşı ki, bu əsərlə yenidən başladım. Şərq dünyasına “Feminizm”, “Qadın və kişi hüquqlarının bərabərliyi” anlayışlarını gətirmiş olan Cəlil Məmmədquluzadə bu əsərdə öz dövründə nəinki qadınlara edilən haqqsızlıqları, həmçinin digər iyrənclikləri çox sadə dil ilə gün üzünə çıxarıb. Bundan sonrasında SPOİLER OLA BİLƏR. Məni ən çox təsirləndirən nüanslar: Məhəmmədhəsən əminin öz arzusuna çata bilməməsi, oğlu Əhmədin və yoldaşı İzzətin eşşək tapılana qədər artıq həyatdan köçməsi, Zeynəbin başına gələn hər xırda detal. Xüsusilə, Xudayar bəy bir kənara, öz oğlu Vəliqulunun ona bir qız uğruna üz döndərməsi. (Hansı ki, sonda onun da öz arzusuna çatmaması ironik oldu.) • Fikrimcə hərkəsin oxuya biləcəyi, həmçinin oxumalı olduğu bir əsərdir. Şiddətlə tövsiyə edilir
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019627 okunma
··
1 artı 1'leme
·
702 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.