10/10
·724 syf.··
Beğendi
·
2022 1. kitabı
·
45 günde okudu
·
Okunma: 11 Ocak 2022 08:57
Əsərin uzunluğu nə qədər çox olursa sonuna yaxınlaşdığca ondan ayrılığın və əsərin bitməsinin verdiyi hüzn də o qədər çox olur. Mənim üçün Tutunamayanlar əsəri bir əsərdən daha fazlasıydı. Əsəri tam haqqıyla oxuduğumu və anladığımı düşünmürəm. Yenə də məndə qoyduğu dərin izlər, haqqında yazmağım üçün biraz da olsa haqq verir. Oğuz Atay'la tanışlığım sosial şəbəkələrdəki alıntılarından olmuşdu. Ama sonradan öyrəndim, bir çox alıntılar ona aid deyilmiş deyə:( Yenədə o alıntılar (bəziləri saxta olsada) Oğuz Atay haqqında araşdırma etməyimə səbəb oldu. Sentyabrda Poyraz Karayel dizisini izləməyə başlamışdım. Onu izləməyimin də ayrı bir səbəbi varıydı. Oğuz Atay'a olan sevgim də ondan sonra yaranmağa başlamışdı və Tutunamayanlar əsərini oxumağ qərarını da ondan sonra almışdım. Əsərə başlamamışdan öncə əsər haqqında yazılanları oxumuşdum. Bir çox insanın əsəri sonuna qədər oxuya bilmədiyini öyrəndim. Ama yenədə oxumağda qərarlı olub başladım əsərə. Başlarda oxumağ çətin gəlmişdi, yarım buraxmağ istəmişdim. Və kitabı bağlayıb kənara qoymuşdum. Ama sonra yenidən oxuma qərarı alıb davam etdim oxumağa. Və həqiqətən də oxunmağa dəyər bir əsər olduğunu düşünürəm. Hər əsərin oxunmağçün lazım olan zamanının gəlməsi lazımdı. Bəlkədə yalnız hiss etməsəydim özümü və içimdə bir Selim olmasaydı, özümü tutunamayanlardan saymasaydım bu əsəri sonuna qədər oxuya bilməzdim. Hər sözü özənlə yazılmış və duyğulardan ibarət olan bir əsəriydi mənimçün. Yorğunluğun, yalnızlığın və tutunamamağın bu qədər gözəl ifadə olunması və hər oxuduğun cümlədə özündən bir parça tapmağ... Bir əsər ancağ bu qədər gözəl ola bilərdi. Əsər haqqında hisslərimi kənara qoyub düşüncələrimi ön plana aldığda isə, əsərdə rol alan qəhrəmanların hər biri haqqında ayrı bir əsər yazmağ mümkündü deyə düşünürəm. Çünki hər biri o qədər gözəl ayrıntılarla işlənmişdi ki, ayrı bir əsərdə baş qəhrəman olma haqqları varıydı. Selim Işık mənə əsərlərin önsözlərini sevdirdi. Əvvəllər ötüb keçdiyim önsözlər indi birər fərqli bir əsər olarağ dəyərləndirdiyim hissəyə çevrilib:) Əsər haqqında nə desəm kifayətsiz qalar. (bu cümlə də çox yazmağdan qaçış yoludu:)) Yazımı daha anlamlı hala gətirməkçün Eyni zamanda Təkrara yol verməməkçün Oğuz Ataya olan sevgimin sadəcə cüzi bir hissəsini ifadə etmək amaçlı və sadəcə özümçün yazdığım yazımı burada sonlandırıram:)
TutunamayanlarOğuz Atay · İletişim Yayınları · 202475bin okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.