Puan vermedi·264 syf.··
2022 5. kitabı
·
8 saatte okudu
·
Okunma: 16 Ocak 2022 01:19
“İѕтəyιrѕιnιz мənι öldürün, вυ ĸağızı ιмzalaмayacağaм. мən nə нəвѕхanalardan, nə ѕürgünlərdən, nə də ιşgəncələrdən qorхυraм, çünĸι вυ мənιм öz ѕeçιмιмdιr. Şüĸrιyyənιn ѕeçιмι” Vətən, millət, Azərbaycan deyən hər kəs yurd-yuvasından, el-obasından didərgin düşdü, ya güllələndi, ya sürgünə göndərildi. Onlar son nəfəslərinə kimi Azərbaycan uğrunda, onun işıqlı gələcəyi və azadlığı üçün çalışıb-vuruşdular. Mikayıl Müşfiq, Vəli Xuluflu, Hüseyn Cavid, Tağı Şahbazi Simurq və bu kimi adını çəkmədiyim bir çox dahi şəxsiyyət məhz bu səbəbdən “xalq düşməni” kimi damğalanmış, olmazın əzablara məruz qalmışdılar. Roman da Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyə xanımın çətin və mübarizəli həyatından bəhs edir; əsəri oxuduqca Əhməd Cavad və knyaginyanın həyatını paralel şəkildə təfərrüatı ilə öyrənmiş oluruq. Şükriyyə xanımın dilindən danışılan hadisələrdə repressiya dövrünün, 1937-ci ilin ağrısı, acısı, çətinliyi, kədəri, qüssəsini bütün ruhumla hiss etdim. Şükriyyə xanım atasından ayrılıb Cavadla yeni həyata addım atdı. Qızı Alması xəstəlik ucbatından itirdi və bütün bunlar yetmirmiş kimi həyat ona yeni zərbələr vuraraq, sevdiyi insanla, oğlu Yılmazla sınağa çəkdi. Mərd Azərbaycan xanımı heç bir zaman öz ümidini itirmədi, ailəsinə, həyat yoldaşına sadiq qaldı; onu öz əli ilə “öldürmək” yerinə ağır şəraitlə mübarizə aparmağı seçdi, böyük fədakarlıq göstərdi. Təsvir və təhkiyə o qədər real idi ki, oxucu özünü həmin hadisələrin müşahidəçisi, şahidi kimi təsəvvür edir. Şükriyyə xanımın - Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, ağır şəraitə qarşı mübarizə aparması, qadınlıq ləyaqəti, namusu, insanlığını qorumaq uğrunda apardığı mübarizənin, göstərdiyi fədakarlıqların real təsviri insanın qəlbini həm riqqətə gətirir, həm də kədərləndirir. Roman, həm də Əhməd Cavadla Şükriyyənin sevgi dastanıdır. Əsəri hədsiz bəyəndim, oxumağı şiddətlə tövsiyə edirəm. Yazıçı Ülviyyə Tahir tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salmış, möhtəşəm əsər ərsəyə gətirmişdir. Hər kəsə xoş mütaliələr!
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021217 okunma
·
505 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.