Gönderi

72 syf.
10/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Nikolay Qoqolun hər hansı bir kitabını oxumaq istəyirdim.
Viy
Viy
Əslində bu kitabı oxumaq istəyirdim. Amma marafon üçün kitab seçəndə bu kitab qarşıma çıxdı. Həm yazıçının yazı tərzini bilmək üçün, həm də qış mövzulu olduğu üçün oxumağa qərar gəldim. Kitabı çox bəyəndim. Həm çox böyük deyildi, həm də çox axıcı idi. Əslində klassik kitabların sevdiyim tərəflərindən biri də budu. Dialoq az olur, əsas təsvir olur, amma yenə də mövzusu çox axıcı olur deyə kitabı əlindən qoymaq istəmir insan. Kitabda əsas obraz Akaki Akakiyeviçdir. Yazıçı əsas obrazının adının Akaki qoyulmasının da haqqında yazıb. Akaki çox sakit insan olur, işlədiyi yerdə, başqa yerlərdə insanlara çox qarışmır. İşlədiyi yerdə ancaq hər hansı bir yazını yenidən yazmaq vəzifəsində olur. Özü də çox həvəsli olur. Xəttini çox bəyənir. Hələ işldəyi rəhbərin yeri onun vəzifəsini ucaltmaq istəyir, amma Akaki razı olmur. İşdən gəlir evdə yeməyini tez yeyib, yenə başlayır hər hansı bir şeyi yazsın. Ancaq şineli(paltosu) sayəsində bir gün hər şey dəyişilir. Şineli elə bir vəziyyətə gəlir ki, iş yoldaşları ona gülür. Aparır dərzinin yanına, amma o da yenidən tikmək istəmir. Deyir ki, guya elə vəziyyətdədir, nə etsə belə alınmayacaq, boşuna pulu gedəcək. Əslində səbəbi sanki özünə, sənətinə elə şineli düzəltməyi yaraşdırmır. Birinci Akaki təzə şinellə razılaşmır, çünki kasıb idi, ancaq axırı məcbur olur və razılıq verir. Yeni şineli aldıqdan sonra əsas şeylər başlayır. Əslində bu kitabda şinel vasitəsi ilə insanın çarəsizliyini, yüksək vəzifəli insanların aşağı təbəqədə olan insanları necə təhqir etməsini görürük.
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837,2bin okunma
·
289 görüntüleme
Aria okurunun profil resmi
Əllərinə sağlıq, hər zamankı kimi əla👌🏻💜🦋 Gogol'un Şinel əsəri Palto əsəridi, zənimmcə🙄. Çünki, Şinel, Palto dedim yəqin fərqlidi🥲👀
Aceso okurunun profil resmi
Çox sağ ol. ❤ Hə, eynidi. Sadəcə bizim dildə adı Şineldi.
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.