Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
“Şinel” povesti Nikolay Qoqolun maraqlı və məzmunlu, öz aktuallığı ilə seçilən əsərlərindən biridir. Ön sırada verilən Akaki Akakiyeviç Başmaçkin Peterburqun kiçik dövlət məmurudur, vəzifəsi sənədlərin üzünü köçürməkdir. Lakin bu sadə və yoxsul insanı ətrafdakı gənc məmurlar lağ edir, əngəl törədir, onu incidir, Başmaçkinə işləməyə imkan vermirlər. Akaki Akakiyeviç bir gün kürəyində, çiynində soyuqluq hiss edir, görür ki, şineli bir-iki yerdən süzülüb. Dərzi Petroviçə müraciət edir, şinelə yamaq saldırmaq istəsə də bu, əmələ gəlmir. Təzə şinel tikdirmək isə Akakinin məvacibinə uyğun deyil. Məmur məcburiyyətdən bəzi xərclərində qənaət etməli olur: gecələr çay içmir, şam yandırmır, içkini yığışdırır, camaşırxanaya xərc çəkməmək üçün evdə paltarsız – bircə xalatda davranır ki, kirlənməsin. Nəhayət, Akaki Akakiyeviçin şineli hazır olur, şaxtalı bir gündə departamentə təzə geyimdə gəlir. Bir axşam onu rəis köməkçisinin ad gününə dəvət edirlər, qonaqlıqdan qayıdanda isə qaranlıq tində dayanan “bığlı adam” “Paho – mənim şinelim!” deyib kiçik məmurun təzə libasını çırpışdırır…
Yazar:
Nikolay Gogol
Nikolay Gogol
Çevirmen:
Mikayıl Rzaquluzadə
Mikayıl Rzaquluzadə
Tahmini Okuma Süresi: 2 sa. 2 dk.Sayfa Sayısı: 72Basım Tarihi: Haziran 2018Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Шинель
ISBN: 2000030977967Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
72 syf.
9/10 puan verdi
·
3 günde okudu
Oxumamışlara tövsiyyə edəcəyim balaca həcmli nəhəng məzmunlu povestdir.Bu maraqlı eyni zamanda da təsirli əsər Nikoloy Qoqolun oxuduğum ilk əsəri idi.Fikrimcə,bu kitab mənim üçün mükəmməl başlanğıc oldu.Elə kitabdırki,sanki müəllif bizimlə dostcasına danışır,süjet xəttini təqdim edir.Baş qəhramanımızın başından keçənlər,çoxumuzun həyatda
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
Reklam
72 syf.
7/10 puan verdi
·
7 saatte okudu
Nikolay Gogol
Nikolayın fərqli tərzi var, bu əsəri 3cü şəxs dilindən deyil də, daha çox dost kimi üzbəüz, sizə nəyisə nəql edirmiş kimi təəssürat yaratdı. Fərqli bir yazarla tanış oldum, kitabın bir yerində: "indi ki bu dərzinin arvadının adını çəkdik gərək ki, ona da 1-2 söz deyək" hissəsində gülümsədim. Yəqin ki, mənim kimi çoxları da
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
72 syf.
10/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Nikolay Qoqolun hər hansı bir kitabını oxumaq istəyirdim.
Viy
Viy
Əslində bu kitabı oxumaq istəyirdim. Amma marafon üçün kitab seçəndə bu kitab qarşıma çıxdı. Həm yazıçının yazı tərzini bilmək üçün, həm də qış mövzulu olduğu üçün oxumağa qərar gəldim. Kitabı çox bəyəndim. Həm çox böyük deyildi, həm də çox axıcı idi. Əslində klassik kitabların
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
72 syf.
9/10 puan verdi
·
Beğendi
GoGolun "Şineli", #Gogolasəyahət
Deməəək, bu əsər Rus ədəbiyyatının başlanğıc əsəri sayıla biləcək qədər təsiredici üslubda yazılıb.Hətta Dostoyevskinin bu əsər haqda dediyi cümlə də bunu təsdiq edir: "Biz hamımız Qoqolun Şinelindən "çıxmışıq" " Rus ədəbiyyatının atalarından biri olan GoGol əsərdə iynələmədən və satiradan,hətta araya sərpilmiş yumordan, duyğaların maraqlı ifadəsindən necə lazımdır istifadə edib.Dili rahat və axıcı bir kitabdır.Düzü,bəlkə, həyəcanlı, sürətli hekayə cərəyanı sevənlər və kitabı sadəcə oxumaq niyyəti ilə oxuyanlar üçün sıxıcı ola bilər. :) Yazar bir insanın duyğularını, düşüncələrini,həyat şəraitini gözəl şəkildə ələ alır və oxuyucu ilə danışığı,baş verən situasiyaları iynələmələri ilə daha da zövq verici bir tərzdə hadisələri çatdırır. Psixoloji şiddətə məruz qalan, həyatı məqsədsiz yaşayan, özünü müdafiə edəcək bacarığa və özgüvənə sahib olmayan A.Akakiyeviç bir gün soyuq qış gününə tab gətirmək üçün həddindən artıq köhnə olan şinelini dərzi Petroviçin yanına aparır.Petroviçdən şinelinə yamaq vurmasını istəsə də,dərzi bunun mümkün olmayacağını,şinelə toxunulsa əlindəcə süzülüb gedəcəyini deyir.Bu həyatında heç bir fərqlilik olmayan Akakiyeviç üçün gözlənilməz olur.Məcbur qalıb xırda-xırda xərclərindən kəsərək özünə təzə şineli alır.Artıq onun yeni hədəfi olmuşdu və hədəfinə çatma sevinci yaşayaraq,bəlkə də, ömründə gülümsəmədiyi qədər gülümsəyirdi.Ta ki, o gecə baş verən hadisəyə qədər...
Şinel
Şinel
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
Reklam
72 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Çar Rusiyası dövrünü izah etməyə çalışan kiçik həcmli ,amma çox dərin iz buraxan dramatik bir əsər oxudum Nikolay Qoqol'un qələmindən. Bu əsərdə ətrafı tərəfindən kasıb olduğu üçün həmişə xor görülən kiçik bir məmurun başına gələnlərlə tanış oluruq.Bu kasıb məmurun adı Akaki Akakiyeviçdi. Vəzifə sahiblərinin,bir az varlı insanların özlərindən aşağı təbəqədən olan insanlara davranışları insanın nəfəsini boğazında düyünləməyə məcbur edir bu kiçik əsər. Sonda əsərin kasıb qəhrəmanın başına gələn hadisə sizi kövrəldə bilər(Yəqin ki,kövrəldəcək). Qoqol'un qələmindən oxuduğum ilk əsər idi. Kitabın təsirindən hələ də çıxmamışam. Əgər oxumayıbsızsa mütləq ömrünüzün 1-2 saatını ayırın. Spoiler verməmək üçün daha çox incələməyəcəyəm. Xoş mütaliələr.
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
72 syf.
9/10 puan verdi
·
Beğendi
Qısa, axıcı, rahat dil ilə yazılmış eyni zamanda böyük dərin mənalı bir əsər. Oxuyarkən təsirlənməmək mümkün deyil. Akaki Akakiyeviçin şineli əlindən alınanda sanki uşaqlığıma qayıdıb sevdiyim oyuncağımı itirəndə keçirtdiyim üzüntünü keçirtdim. O soyuğu iliklərimə kimi hiss etdim. Yazarın sadə dillə yazıb bu qədər təsir bağışlaya bilməsi möhtəşəmdir. Bu əsər haqqında F.Dostoyevski belə demişdir: "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq". Doğurdanda sanki Akakinin şineli əsəri oxuyarkən elə biz oxucularıda isidirmiş.
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
72 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Balaca adamın balaca hekayəti
Peterburqda skamyada oturub çərəz yeyə-yeyə qarışqa kimi qaynaşan insanları seyr edərkən Akaki Akakiyeviç kimin yadına düşüb, görəsən? Akakiyeviç də o insan kütləsinin içində qaynaşan adi bir adam idi. Adi sözünü necə başa düşürsünüz? Hamının hər gün etdiyini edən və bunu dəyişməyən? Yox, onda Akakiyeviç adi adam deyil, o hər birimizdən fərqlidir.
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837bin okunma
72 syf.
10/10 puan verdi
"Hepimiz Gogol'un paltosundan çıktık. Palto'yu okuyunca Dostoyevski'nin bunu niçin söylediğini çok iyi anladım. Zaten kısa bir öykü olduğu için içeriğine değinmek istemiyorum ama bu Gogol'dan bahsetmeyeceğimiz anlamına gelmiyor. Palto'nun baş kahramanı akaki akakiyeviç'te bir zamanlar Gogol'un da olduğu gibi bir memurdur. Bürokrasi ve memuriyetin içinde bulunan Gogol burada gözlemlediği sistemi Palto'da eleştirdiğiniz görebiliyoruz. Gogol hayatı boyunca distimi yani kronik depresyonla mücadele etmiştir. Hatta ölümü de bu distimiyle alakalıdır. Palto'yu okuyunca aklıma ilk gelen Gogol kendi ölümünü neredeyse tahmin etmiş olabilir mi sorusu geldi. "Aslında benim gibi basit bir okurun bu öyküyü incelemesini şu an bir saygısızlık olarak görmeye başladığım için incelemeyi bırakıyor ve okumanızı tavsiye ediyorum." demiştim. Şimdi bu söylemimi değiştiriyorum. Çünkü basit bir okur değilim. Bunu söylerken asıl kastettiğim yazar olmanın çok zor ve zahmetli bir iş olmasıydı. Özellikle Gogol gibi hayran olduğum bir yazara olumsuz bir eleştiri yapmanın bana göre olmadığıydı. Gerçi olumsuz eleştiri alacak bir yazar olduğunu düşünmesem de bazen zevkler tartışılabiliyor. Kendi adıma Gogol'a saygı duyuyorum ve olumsuz eleştirilerimin onun yazı hayatını değiştirmeyeceğini biliyorum. Son olarak Gogol'u Okuyunuz ve Okutunuz..
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201737bin okunma
Reklam
72 syf.
9/10 puan verdi
·
28 saatte okudu
Palto - Dikkat spoiler içerebilir!
St.Petersburg'da bakanlıkta çalışan silik karakterli bir memur olan Akaki Akakiyeviç birgün yıllardır giydiği paltosunu için terzi Petroviç'e gider lakin terzi paltonun onarilamayacağını yenisini diktirmesini söyler. Akakiyeviç alım gücünün ötesinde de olsa güç bela yeni bir palto diktirmeyi başarır. Gururla gezerken sevinci kısa sürer hırsızlar paltosunu çalar. Yardım istediği bir üstü tarafından sertçe kınanan Akaki hezeyanlara girer ve ölür. Kitabı okuma sebebim Dostoyevskinin "Hepimiz Gogolun Palto'sundan çıktık" sözü oldu. Okumaya - yazmaya yeni başlayacaklara tavsiye edilir. Keyifli okumalar diler, böyle güzel bir mecrayı bizlere sunduğu için 1K ekibine teşekkür ederim.
Palto
PaltoNikolay Gogol · İtihaki Yayınları · 201737bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.