Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Neil Gaiman-dan oxuduğum ilk kitab oldu. Yazıçının "Sandman" serisini də oxuyacam. Kitabı bəyəndim, 1 aydır oxuyacağım kitabların siyahısında vardı. İngilis dili hazırlığında boş olduğum üçün pdf-ə baxanda bu kitabı seçdim. Koralin Jones, kitabda çox insan adını səhv deyir. Karolin deyirlər. Mən də pdf siyahımda axtaranda Karolin axtarırdım. :D Koralin ailəsi ilə birgə yaşayır. Ancaq anası və atası işləyir deyə Koralin ilə çox vaxt keçirmirlər. Koralin nə vaxt onlarla vaxt keçirmək istədiyini desə də ona bir şey deyirlər. "Rəsm çək, rəqsi öyrən və s." Bir gün yenə atasının yanına gedir, atası bu dəfə ona deyir ki, bir kağız və qələm götür. Evdə olan qapıları, mavi rəngdə olan əşyaları say. Koralin edir. Sonunda atasının yanına gəlir və qapıların, mavi rəngdə nə qədər əşya varsa onu deyir və əlavə olaraq qapıların birinin açılmadığını deyir. Sonra onun səbəbini anasından soruşur. Anası isə qapının arxasında sadəcə divar olduğunu deyir. Koralin inanmır. Anası ona göstərir və həqiqətən elə olur. Ancaq bir gün Koralin özü açarla açır əksinə divar yox, orda uzun koridor görür. O koridorla gedir və bir evə çatır. Bu evə girəndə elə fikirləşir ki, öz evləridi. Ancaq görür ki, rəsm biraz fərqlidi, bununla bilir ki, öz evləri deyil. Sonra iki insan görür. Biri anasına, biri atasına oxşayır. Ancaq fərqləri hər ikisinin gözündə düymə olur. Onlar onun öz valideynlərindən fərqli davranır. Dadli yeməklər verir, onunla vaxt keçirəcəklərini deyirlər. Ancaq bir şərtlə Koralin gözlərinə düymə tikəcək. Koralin razı olmur gedir. Bununla əsas hadisələr başlayır. Bu kitabda insan öz sevdiyi, dəyər verdiyi insanları qurtarmaq üçün hər çətinlikdən keçməyə hazır olduğu bildirilir.
Koralin
KoralinNeil Gaiman · İthaki Yayınları · 20192,040 okunma
·
872 görüntüleme
Near okurunun profil resmi
Kitab çox maraqlı gəldi. Əllərinə sağlıq👌🏻💜
Aceso okurunun profil resmi
Thanks. ❤ Yes, oxu, çox qəşəng kitabdı. O qədər tez bitir.
9 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
https://1000kitap.com/ovodsever bu da Koralin. 😊
Aysun Quliyeva okurunun profil resmi
Şərhin maraqlı alınıb🤌
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.