Gönderi

240 syf.
7/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Mən müasir yazıçıların kitablarını oxumuram. Ancaq bu dəfə dəyişiklik etdim və oxudum. Çox bəyəndim. 1813-cü il Gülüstün və 1828-ci il Türkmənçay müqavilələrinin nəticə ilə Azərbaycan iki yerə ayrılıb. Şimalı Azərbaycan və Cənubi Azərbaycan. Gülüstan müqaviləsində İrəvan və Naxçıvan xanlıqları Qacarlarda qalmışdı, ancaq sonra yenidən müharibə başlamışdı və Türkmənçay müqaviləsi ilə o iki xanlığı da Çar Rusiyası almışdı və müharibə bitmişdi. Bu müharibələrə yol açan Azərbaycanın xanlıqlar kimi olması idi. Əfşarlar imperiyası parşalandıqdan sonra xanlıqlara parçalanmışdı. Ancaq Qarabağ, Urmiya, Quba, Şəki xanlıqları birləşdirməyə cəhd etmişdi. Amma hər bir xanlıq öz rəhbərliyini istəyirdi deyə birləşə bilməməşdilər. Bu da başqa ölkələrinin işğalı ilə nəticələnmişdi. Şimalı Azərbaycan Çar Rusiyasının süqutunun nəticəsində müstəqil olmuşdu. 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Ancaq sonra SSRİ Şimalı Azərbaycanı işğal etmişdi. Amma Şimalı Azərbaycan 1991-ci il 18 oktyabr müstəqil olmuş və dövlət yaratmışdılar. Amma Cənubi Azərbaycan yenə də işğal altındadır. Kitab yazıçının özü haqqında danışması ilə başlayır. Yazıçı elə yazıb ki, insan elə hiss edir hadisələr realdı. Baş obraz əslən Cənubi Azərbaycanlı olmuşdu. Təbrizdə anadan olmuşdu. Adı Əfşar idi. Yazıçı onun adının haqqında da yazıb. Əfşarın atası Əfşara və bacısına həmişə türklərin tarixindən danışır, onları mədrəsəyə qoymurdu ki, farsların dediyi yalan tarixi öyrənməsinlər. Yalan o idi ki, guya Cənubi Azərbaycanlılar fars olub və s. Əfşar evdə xüsusi dərs alırdı. Atasının oğlunun adını Əfşar qoymasının səbəbi odur ki, hamı onun adını öyrənəndə Nadir şah Əfşarı xatırlasın. Əfşar Təbrizdə təhsil alır, sonra universiteti Tehrana gedir. Əslində Tehrana getməyi onun üçün ən pis qərarı olur. Tehranda universitetdə heç bir müəllim onu Əfşar adı ilə çağırmırdı, şagird deyirdilər, türk olduğu üçün qiymətini endirməyə çalışırdılar. Bir gün Əfşar bir nəfərlə tanışır. Hüseyn ilə. O da Əfşar kimi türk idi. Hüseyn, Səma, Səda, Səməd və Əfşar bir təşkilat yaradır. Bu Cənubi Azərbaycanı azad etmək üçün idi. Bir gün universitetdən bir tələbə qovulur. O tələbə də türk idi. Səbəbi o idi ki, müəllimlərdən biri türklrə haqqında yalan bir şey demişdi və o da qarşı gəlmişdi. Əfşargil qərara gəlir ki, bu xəbəri yazıb Təbriz, Ərdəbil və başca Cənubi Azərbaycan şəhərlərinə yaysınlar. Təbriz, Ərdəbildə mitinqlər başlayır. Əfşar, Səməd, Səda, Səm, Hüseyn də Tehranda universitetdə mitinq edir. Ancaq polislər Səma, Sədanı tutur. Onlara ağır işgəncələt verərək Səmədin adını və təşkilatı öyrənilər. Səmədi edam edirlər. Hüseyn və Əfşar isə Fransaya qaçır. Hüseyn sonradan Almaniyaya gedir, ancaq Əfşar Fransada qalır. Beləliklə, Əfşarın Fransada həyata başlayır. Ona Fransada rahat yaşamağına əsas kömək edən piano çalmağı olur. Anası ona öyrətmişdi, bir gün bir restorana gedir o da piano çalır, bu restoranın çox xoşuna gəlir və başlayır orda işləməyə. Bir gün pinao çalanda İlla ilə tanışır. Onlar evlənir və uşaqları olur, bir müddət xoşbəxt yaşasalar da, bədbəxt bir hadisə baş verir və pis hadisələr başlayır. Kitabda Vətən sevgisi, Vətən həsrəti, ailəsinə olan sevgi, sevdiyi qadına qarşı olan sonsuz sevgi hisləri var.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202058 okunma
·
255 görüntüleme
Aria okurunun profil resmi
Gözəl alınıb, əllərinə sağlıq❤🤩 Məndə, yazacam. 70 ildən sonra sjsjsjsj
Aceso okurunun profil resmi
Thanks. ❤ 🤣🤣🤣
Aceso okurunun profil resmi
https://1000kitap.com/ovodsever ən belə içdən yazdığım incələmə oldu deyəsən. 😭😭😭
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.