Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Madam Floranın Rəngli Daşları

Nicat Kazımov
Başladığı ölkədə bitən bir insan ömrünün acılı-şirinli romanı.. Burada sevgi ilə ayrılıq, xoşbəxtliklə bədbəxtlik qol-qoladır, qoşa addımlayır. Burada sevgilinin həsrəti ilə vətən sevgisi bir-birinə qarışır. Maraqlı və sürprizlərlə dolu süjet, bir gövdədə birləşən ömür budaqları… Faciələr, iztirablar, sevgilər və ülvi amal uğrunda fəda edilən canlar… – Barmağı ilə yaşıl daşı göstərib davam etdi. – Bax, bu daşı Kamboca­dan gətiriblər, bu göyü isə Çindən. Bax, bu qara daşı da Türkiyədən gətiriblər. Burada Hindistandan, Kenyadan, Uqandadan, Almaniyadan, İngiltərədən, başqa-başqa yerlərdən gətirilmiş daşlar var. Madam Flora çox həvəslə danışırdı. Marağımı saxlaya bilməyib soruşdum: – Çox gözəl kolleksiyadır. Sualıma görə üzrlü sayın. Bəs niyə məhz daş? Məsələn, pul kolleksiyası daha yaxşı olmazdımı? O gülümsədi, sonra da dilləndi: – Özümə söz vermişəm ki, ölənə kimi bu daşların kolleksiyasını yekunlaşdırım. İstəyirəm ki, son nəfəsimdə bu daşları ayağımın altına düzdürüm və deyim: “Bütün dünya mənim ayaqlarımın altındadır”. Nicat Kazımov Gəncə şəhərində andan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində təhsil aldıqdan sonra Korsika və Strasburqda təhsilini davam etdirmişdir. Yazıçı Fransada fəaliyyətə başlayan “Kapaz” (Kəpəz) nəşriyyatının həmtəsisçisi və rəhbəridir. Fransada azərbaycanlı və fransız ədəbiyyaçılar və yazıçılar tərəfindən yaradılmış “Kapaz” nəşriyyatı Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir əsərlərinin tərcüməsi və nəşri ilə məşğuldur. Nicat Kazımov hazırda Fransada yaşayır. “İblisin oyunu” romanının müəllifidir. 2014-cü ildə fransız dilində yazdığı “Rəngli daşlar” (Les pierres en couleurs) romanı Fransanın “Pantheon” nəşriyyatı tərəfindən çap edilib. Kitab Fransa ilə yanaşı, Kanada, İsveçrə, Belçika və digər frankafon ölkələrin kitab rəflərində yerini almışdır. “Rəngli daşlar” (Разноцветные камни) əsəri eyni zamanda rus dilinə tərcümə olunaraq Rusiyada çap olunmuşdur. Yazıçı roman janrı ilə yanaşı, hekayə, dram, memuar janrlarında da qələmini sınamış, bu janrlarda bir çox əsərlər yazmış, həmçinin fransız yazıçılarını dilimizə, Azərbaycanın tanınmış yazıçılarını da fransız dilinə tərcümə etmişdir.
Yazar:
Nicat Kazımov
Nicat Kazımov
Tahmini Okuma Süresi: 6 sa. 48 dk.Sayfa Sayısı: 240Basım Tarihi: 2020İlk Yayın Tarihi: 7 Kasım 2014Yayınevi: Fabula NəşriyyatıOrijinal Adı: Madam Floranın Rəngli Daşları
ISBN: 9789952463118Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
10/10 puan verdi
·
Beğendi
Başladığı ölkədə bitən bir insan ömrünün acılı-şirinli romanı.. Burada sevgi ilə ayrılıq, xoşbəxtliklə bədbəxtlik qol-qoladır, qoşa addımlayır. Burada sevgilinin həsrəti ilə vətən sevgisi bir-birinə qarışır. Maraqlı və sürprizlərlə dolu süjet, bir gövdədə birləşən ömür budaqları… Faciələr, iztirablar, sevgilər və ülvi amal uğrunda fəda edilən
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
Reklam
240 syf.
7/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Mən müasir yazıçıların kitablarını oxumuram. Ancaq bu dəfə dəyişiklik etdim və oxudum. Çox bəyəndim. 1813-cü il Gülüstün və 1828-ci il Türkmənçay müqavilələrinin nəticə ilə Azərbaycan iki yerə ayrılıb. Şimalı Azərbaycan və Cənubi Azərbaycan. Gülüstan müqaviləsində İrəvan və Naxçıvan xanlıqları Qacarlarda qalmışdı, ancaq sonra yenidən müharibə
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsər Fransada yaşayan yerlimiz tərəfindən yazılıb. Burada Cənubi Azərbaycan türkü olan Əfşarın həyatından, onun çəkdiyi əzab-əziyyətdən bəhs olunur. Müasir yerli yazıçılarımızdan çox azının qələmini bəyənirəm. Ən çox sevdiyim isə Rövşən Abdullaoğludur. Bu əsər də bir qədər Rövşən Abdullaoğlunun əsərlərinə bənzəyirdi. Buna görə əsəri çox bəyəndim. Kitabı bir neçə dəqiqə əvvəl oxuyub bitirmişəm, hələ də çox qarışıq hisslər yaşayıram.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
·
Puan vermedi
Əsər gözlədiyimdən də maraqlı oldu. Adı ilə əsərin özünün çox az bağlılığı var.Oxuya - oxuya sanki olanlar gözümün önündə canlanırdı. Son hissələrdə hətta ağladım deyə bilərəm. Çox təsirli bir əsədir. Sevgi ,vətən,azadlıq,inqilab,təhsil bütün mövzulara toxunulub. Əsərin içində maraqlı hekayələr var. Əsas qəhrəman yaşama sevgisini itirən, intihara cəhd edən Əfşar və onun hekayəsini qələmə alan yazıçı Latayefdir. Əfşar azadlıq uğrunda mücadələ edən,savadlı türkdür. Həyatın keşməkeşli yollarından keçə-keçə Fransaya qaçmalı olur. Fransada olarkən piano çala bildiyinə görə bütün həyatı dəyişir, Illa adlı bir qızla tanış olur.Qızın atası iranlı gənclə evlənməsinə icazə verməsə də onlar evlənir və Timur adlı uşaqları olur. Uşaq öləndən sonra onların həyatı çıxılmaz bir hala gəlir. Finalı tamam fərqli və təsiredicidir.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
İlahi,onsuz da bir cəhənnəmin var, niyə insanlara bu dünyada əzab verirsən?
Kitabı sevdirmək lazımdır, kitabdan bezdirmək yox... Yaxın ve uzaq etrafıma məlumdur ki uzzuuun müddətdir ki öz edebiyyatımızdan üz döndermişəm.Səbəb isə bəllidir,bu gün qələm tutmağı belə bacarmayan şəxslər "onsuzda komputere not edirəm ,qələmə nə ehtiyac var ki deyirlər" ) vee çox təəssüf ki belə "yazarlar" səbəbindən digərlərinə də öz qapılarmı birdəfəlik bağlamışdım..Ta ki
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları
oxuyana qədər... Azərbaycan ədəbiyyatına bu şansı verməyimdə birbaşa rolu olan
Ayhan Nərimanov
Ayhan Nərimanov
sonsuzz təşəkkür ) Fabula meni kimi bir oxur qazandı sayəndə)) Ne iseee,besdi özümnən danışdım,keçim kitaba)
Nicat Kazımov
Nicat Kazımov
...30yaşlı gənc yazarımız...bir azerbaycanlı olaraq Sizinlə fəxr edirəm..Ugurlarınız bol ve davamlı olsun..
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları
... Gəzməyə qərib ölkə, Ölməyə Vətən yaxşı... nədənsə kitabı bitirəndən nenemin bu bayatısını düşünürəm..və ilk dəfə bu bayatının dərinliyini anladım deyə bilərəm...(Spoilər verməmək adına səbəbi yazmaq istəmirəm,ama oxuyan hər kəs mənə haqq verəcəyindən əminəm) *Evimiz çox böyük,vətənsə dar idi.(səh.80) Ilahi onsuz da cehennemin var da niye bu insanlara ezab verirsen?! Təəssüf ki heyatda bəzi sevgilər imkansızdır,ama bu imkansızlıq onların sevgi hekayesində deyil,cəmiyyətin dəyişməyən maneələrində, "olmaz"larındadır.Eynilə bu kitabda olduğu kimi.. Kitabı hər kəsə şərhsiz və birmənalı şəkildə tövsiyə edirəm.Kitabı oxumaq istəyənlər Kitab yalnız kitab.al.az saytından ve ya kitab mağazasından əldə edə bilərsiz) Kaş insanlar öz məsumiyyətini həmişə qoruyub saxlaya biləydi,,,kaş.....
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab oxuduğum ən maraqlı ikinci kitabdır. Kitabı oxuyub onun təsirindən çıxmaq o qədər də asan deyil. İranın o mənasız və şiddətlə qınadığım məcburiyyəti haqqındadır. Şiddətlə tövsiyə edirəm.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
Ən bəyəndiyim kitab bu oldu.Kitab olduqca təsirli idi.Tam hönkürə -hönkürə ağlanacaq kitab idi. Ən azından mənə görə belə idi.İranın insafsız rejimindən danışılır.Əgər olsaydı 10 üzərindən 100 verərdim.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
·
Puan vermedi
·
3 günde okudu
Artıq əmin oldum ki, Fabula Kitab çox maraqlı əsərləri seçib nəşr edir. "Madam Floranın rəngli daşları" da qəşəng romandır, kitabdan ayrılmadan oxuyursan. Müəllifi həmyerlimizdir, Fransada yaşayır və Azərbaycan ədəbiyyatının təbliğində yaxından rol oynayır. Ona bu işdə və yaradıcılığında uğurlar diləyirəm.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
Reklam
240 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Kitaba başlarkən düşünmüşdüm ki , adı ilə çox bağlılığı var , oxuyarkən isə tamam başqa mövzularla qarşılaşdım. Bu qədər axıcı , maraqlı olduğunu düşünməmişdim. Əsər xaricdə yaşayan həmyerlimizin Parisdəki sərgüzəştlərindən bəhs edir. Burada Cənubi azərbaycanlıların Iran hakimiyyəti altında necə əziyyətlər çəkdiyi , əsarət altına olmalarına rəğmən dilimizi , tariximizi unutmadıqları da vurğulanıb. Həyatı çətinliklərlə keçən bir insan taleyi , həyatdakı acı gerçəklər və daha nələr...
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.