Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nicat Kazımov

Nicat KazımovMadam Floranın Rəngli Daşları yazarı
Yazar
9.2/10
22 Kişi
58
Okunma
6
Beğeni
1.068
Görüntülenme

Hakkında

Nicat Kazımov 1993-cü ilin 21 mart tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində andan olmuşdur. Təhsilini, Gəncə şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil aldıqdan sonra, 2011-ci ildə Fransanın Korsika adasının Korte şəhərindəki Paskal Paoli universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. 2012-ci ildən etibarən Strasburq şəhərində hüquq və Modern ədəbiyyat ixtisası üzrə təhsilini davam etdirir. Yazıçı eyni zamanda Fransada yaradılmış Kəpəz Nəşriyyatının yaradıcılarından biridir. Fransada ilk dəfə azərbaycanlı tərəfindən yaradılmış nəşriyyat Azərbaycan və dünya ədəbiyyatının klassik və modern əsərlərinin çapı ilə məşğuldur. Məsələn: Əhməd bəy Ağaoğlu ''La Réfome du Monde Musulman'', Nəriman Nərimanov ''Bahadir et Sona'', Edin Hadzic ''Nisan'', Cuma Kiliç ''Cuma Günü'', Hüseyn Abbaszadə, ''Vous êtes d'ou Monsieur Abel?'', Azərbaycan Ədəbiyyatı Antologiyası XIX əsrdən günümüzə (Anthologie de la litterature azerbaidjanaise), Məmməd Əmin Rəsulzadə ''Les Souvenirs de la révolution avec Staline'' (Stalinlə ixtilal xatirələri), Qırğızıstan atları: Tchar. Yazıçı hazırda Fransada yaşayır. "İblisin Oyunu" romanının müəllifidir. 7 noyabr 2014-cü il tarixindən yazıçının fransız dilində yazdığı "Rəngli Daşlar" (fr. Les pierres en couleurs) romanı Fransanın məşhur "Pantheon" nəşriyyatı tərəfindən çap edilib. Yerli mətbuatın verdiyi məlumata görə onun kitabı Fransa ilə yanaşı, Kanada, İsveçrə, Belçika və digər frankafon ölkələrdə satışdır. Yazıçının Rəngli Daşlar (rus. Разноцветные камни) əsəri tərcümə olunaraq, "Юридический центр" nəşriyyatı tərəfindən Rusiyada çap olunmuşdur və nüfuzlu kitab mağazalarında 2015-ci ilin dekabr ayından satışa çıxarılmışdır.
Tam adı:
Kazımov Nicat Mikayıl oğlu
Unvan:
Yazar
Doğum:
Gəncə, Azərbaycan, 21 Mart 1993

Okurlar

6 okur beğendi.
58 okur okudu.
1 okur okuyor.
24 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Rəngli Daşlar 2014
İllaya gəlincə, əgər bir gün təsadüfən rastlaşsanız, ona de ki, sənin xoşbəxtliyin Əfşarın bədbəxt hekayətinin uğurlu sonluğu idi.
"Qoy onun xoşbəxtliyi bədbəxt həyat hekayətimin uğurlu sonluğu olsun."
Reklam
Şimalda bolşeviklər, cənubda İran hökuməti müstəqillik hərəkatının üzvlərini repressiyaya məruz qoyur, vətən övladlarını, mütərəqqi ziyalıları sürgünə göndərir, güllələyir, ölümə məhkum edirdilər. Birində şahlıq, digərində sosialist rejim olmasına baxmayaraq, hər iki tərəfin də mahiyyəti eyni idi. Olan isə xalqa olurdu. Bir tərəf cəhalət zülmətinə qərq edilir, digər tərəf isə sosializm ideologiyası ilə öz köklərindən uzaqlaşdırılırdı.
"Həyatın mənası öz dəyərini sənin baxışınla qazanır. Ya həmişə bir nöqtəyə baxarsan, həyatın su kimi axıb gedər, heç nəyin fərqində belə olmazsan. Ya da baxdığın nöqtənin ətrafını da görərsən, həmin gözəllikləri sezib həyatın mənasını dərk edərsən, axıb gedən zamanın da bir məna qazanar".
Bilirsənmi ki, sevdiyi qadını geri döndərə bilmək üçün gizlin-gizlin ağlayan nə qədər kişi var?!
Həyatın mənası öz dəyərini sənin baxışınla qazanır. Ya həmişə bir nöqtəyə baxarsan, həyatın su kimi axıb gedər, heç nəyin fərqində belə olmazsan. Ya da baxdığın nöqtənin ətrafını da görərsən, həmin gözəllikləri sezib həyatın mənasını dərk edərsən, axıb gedən zamanın da bir məna qazanar.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
Başladığı ölkədə bitən bir insan ömrünün acılı-şirinli romanı.. Burada sevgi ilə ayrılıq, xoşbəxtliklə bədbəxtlik qol-qoladır, qoşa addımlayır. Burada sevgilinin həsrəti ilə vətən sevgisi bir-birinə qarışır. Maraqlı və sürprizlərlə dolu süjet, bir gövdədə birləşən ömür budaqları… Faciələr, iztirablar, sevgilər və ülvi amal uğrunda fəda edilən
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
7/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Mən müasir yazıçıların kitablarını oxumuram. Ancaq bu dəfə dəyişiklik etdim və oxudum. Çox bəyəndim. 1813-cü il Gülüstün və 1828-ci il Türkmənçay müqavilələrinin nəticə ilə Azərbaycan iki yerə ayrılıb. Şimalı Azərbaycan və Cənubi Azərbaycan. Gülüstan müqaviləsində İrəvan və Naxçıvan xanlıqları Qacarlarda qalmışdı, ancaq sonra yenidən müharibə
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsər Fransada yaşayan yerlimiz tərəfindən yazılıb. Burada Cənubi Azərbaycan türkü olan Əfşarın həyatından, onun çəkdiyi əzab-əziyyətdən bəhs olunur. Müasir yerli yazıçılarımızdan çox azının qələmini bəyənirəm. Ən çox sevdiyim isə Rövşən Abdullaoğludur. Bu əsər də bir qədər Rövşən Abdullaoğlunun əsərlərinə bənzəyirdi. Buna görə əsəri çox bəyəndim. Kitabı bir neçə dəqiqə əvvəl oxuyub bitirmişəm, hələ də çox qarışıq hisslər yaşayıram.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma