Gönderi

240 syf.
·
Puan vermedi
Əsər gözlədiyimdən də maraqlı oldu. Adı ilə əsərin özünün çox az bağlılığı var.Oxuya - oxuya sanki olanlar gözümün önündə canlanırdı. Son hissələrdə hətta ağladım deyə bilərəm. Çox təsirli bir əsədir. Sevgi ,vətən,azadlıq,inqilab,təhsil bütün mövzulara toxunulub. Əsərin içində maraqlı hekayələr var. Əsas qəhrəman yaşama sevgisini itirən, intihara cəhd edən Əfşar və onun hekayəsini qələmə alan yazıçı Latayefdir. Əfşar azadlıq uğrunda mücadələ edən,savadlı türkdür. Həyatın keşməkeşli yollarından keçə-keçə Fransaya qaçmalı olur. Fransada olarkən piano çala bildiyinə görə bütün həyatı dəyişir, Illa adlı bir qızla tanış olur.Qızın atası iranlı gənclə evlənməsinə icazə verməsə də onlar evlənir və Timur adlı uşaqları olur. Uşaq öləndən sonra onların həyatı çıxılmaz bir hala gəlir. Finalı tamam fərqli və təsiredicidir.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202058 okunma
·
152 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.