Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nəyə can atırdıq uşaq ikən biz? Oyuncaq rəfinə əlimiz çatsın... İndi o rəfdən də boyumuz uca, Hardan bilərdik ki, böyüdükcə biz Nə mümkün uşaqlıq geri qayıtsın. İndi o günlərə çatmır əlimiz, Zaman belində hey çapa-çapa Tapmadıq nağıllar dünyasını biz. Yenə də əlçatmaz bir rəfimiz var İçində saralmış ömür kitabı, Qoy illər keçsin ! etdik dualar Həyatın hiyləsini bilmirdik axı Sən demə sürətli ömür qatarı Hər kəsi özüylə götürməyirmiş... Uşaqdıq bilmirdik bütün bunları. Hara tələsirdik, niyə qaçırdıq? Əlimiz çatmayan o rəf qalardı, İndi doğmalara çatmır əlimiz, İndi ötən ömrə çatmır səsimiz Bir gün bu qatardan enməyə doğru, Yenə qaçırıq tələsirik biz. (Nigar Əsəd)
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.