·158 syf.····Okunma: 17 Nisan 2021 11:01 Fikrimcə "Ağ liman" povesti ədəbiyyatımızda qeyri-adi başlanğıcına görə
fərqlənən povestlərdəndir. Nemətin yuxusu ilə başlayır. Yuxu qeyri-adi başlayır.
Hansısa say söylənilir. Nemət çağrılır. Nemətin yuxusunun bədiilik cəhətdən
yozumunu belə vermək olar.
Nemət bir gün yuxu görür və yuxuda hamı eyni zolaqlı paltarda, eyni
düşüncədədir, hamının üzərində nömrəsi var. Kassadan bilet alarkən Nemət hamı
kimi olmadığı üçün( paltarı zolaqlı deyildi) ona bilet verilmir, amma pişik zolaqlı
olduğu üçün bilet ala bilər. Burda bir qəribəlik olduğu nəzərə çarpır. Şairin burda
demək istədiyi birləşmiş respublikalardan ibarət olan bu sovetlər birliyi, xalqlar
həbsxanasıdır, biz də onun məhkumlarıyıq düşüncəsidir. Eyni düşüncəliyik, eyni
hərəkətləri edirik. Eyni davranışları etmək məcburiyyətinə salınmışıq. Necə ki,
qatarlar düz xətlə eyni istiqamətdə irəliləyir, biz də xalqlar həbsxanasının eyni
bir xətli, eyni düşüncəli adamlarıyıq. Bizim düşüncələrimiz, qaldığımız binalar,
paltarlarımız da, həyatımız da bir olmalıdır mesajı incə mizahla xatırlanır.
Povestdə "qırmızı gəmi və ağ liman" arasındakı simvolik mənalar var. Məsələn
qırmızı gəmi sovet birliyini ifadə edir. Yəni biz bu birliyin tərkibindəyik və bir
yol gedirik. Qırmızı gəmi aparır bizi, bizdən bəzilərimiz yolumuzdan dönüb ağ
limana çıxmaq istəyirik. Amma şair düşünür ki, bu gəmi bizi salamat sahilə çıxara
bilməz. Bu gəmi ancaq saxtakarlığın, yalanların olduğu bir yerə aparıb çıxa bilər.
Məsələn insanlar Nemətin yuxusu kimi bir yerə çıxara bilər. Nemətin taleyi,
yazısını gözəlləşdirmək üçün çırpınışları, ailə həyatı üçün çabaları , həyatda özünə
yer edə bilmə istəyi , Nemətin hekayəsi kədərli deyil, amma düşündürür . Onun
daxilən boşluğu , idman qəzetləri, pijama,pişik..
İnsanların yaxşı və ya pisliyi haqqında povestdən bir hissə isə şərhsizdi.
"Yəni belə pis adamdırlar?
- Eh, sen nə yapışmısan pis-pis! Heç nə başa düşmürsən. Pis adam, Yaxşı
adam..dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis
olmağa, ya ancaq yaxşı olmağa heç kimin hövsələsi çatmir. Görürsən biri həyatı
boyu gah yaxşı olur, gah pis..."
Elə təəssurat yaradır ki, povest Təhminə və Zaurun ilk eşqlərinin yaranmasıdir.
Kolidor səhnələri ,Təhminənin Zaura olan cilvəsi bunu deməyə əsaslandırır ,bizi
Əsərdə sanki heç müsbət qəhrəman yoxdur, Bu yenilik idi. Neməti ya da
Təhminəni o cür göstərməklə ( müstəqil ) daha fərqli əsər yaratmağa çalışıb.