·240 syf.··Beğendi
···Okunma: 26 Ocak 2022 00:06 "Sonra qadınlara necə aşiq oldumsa, futbola da elə aşiq oldum. Anidən, açıqlaya bilmədiyim şəkildə, haqqında düşünmədən, gətirəcəyi ağrı və baş qarışıqlığını düşünmədən"
İngilis yazar Nick Hornbynin bu əsəri
avtobioqrafik xarakter daşıyır. Valideynləri ayrılmış yazarın atası övladları ilə daha çox vaxt keçirmək üçün onları iş vaxtındakı problemlərlə bağlı zooparka deyil, kinoteatra və ya restorana apara bilir. Lakin, qarşısında səssiz sakit heç nəyə reaksiya verməyən uşaqlar görür.
Bir dəfə də şansını sınamaq üçün oğlunu Fa Cup finalına dəvət edir, lakin yeniyetmə yenə rədd cavabı verir. Buna baxmayaraq bu dəfə futbol onun marağını çəkir və televizorda bir neçə maç izləyir. Atası növbəti dəfə şansını sınayır və bu dəfə Highbury'də oynanacaq Arsenal vs Stoke City oyununu birlikdə izləmək üçün etdiyi təklifə cavab müsbət olur. Ata oğlu ilə ünsiyyət qura biləcəyi bir ortaq məkan tapır, lakin qızı ilə heç vaxt buna nail ola bilmir.
Yazarın ifrata varan Arsenal heyranlığı 1968-ci ilin sentyabrında baş tutan bu oyunla başlamış olur. Kitabın nəşr olunduğu tarixədək(1992-ci ilə qədər) getdiyi oyunlardan ağlında qalanlar, həyatında klubun vəziyyəti ilə birlikdə cərəyan edən bənzərliklər, ingilislərə məxsus yumor hissi ilə çox gözəl şəkildə ifadə olunur. Mən də yazar kimi Arsenal heyranı olduğumdan kitabdan çox böyük zövq aldığımı deyə bilərəm. Klubun tarixində əhəmiyyət kəsb edən və etməyən hadisələrə bir də, subyektiv bir baxışla baxmaq olduqca zövq verdi.
Kitab xuliqan deyil sıradan(stadionları dolduran insanların 95%-i belədir) bir insanın futbol ilə nəfəs almasından bəhs etdiyi kimi, feminizm ilə futbol, infrastruktur yetərsizliyi ilə bağlı olaraq köhnə stadionlarda yaşanan faciələr, itkin sevginin axtarışı, irqçilik, ailə münasibətlərdə ünsiyyət problemləri kimi məsələlərə də toxunur.
Kitab 1997-ci ildə ilk David Evans tərəfindən ekranlaşdırılıb. Baş rolda isə Colin Firth oynayır. Həmçinin filmin beyzbol komandası Boston Red Sox versiyalı 2002 versiyası da mövcuddur
Yazıçının "High Fidelity" romanını da yaxın vaxtlarda oxumağı düşünürəm