Oar - "Yalnızlıqdan Şizofreniyaya"
9/10
·344 syf.··
Beğendi
·
2022 1. kitabı
·
38 günde okudu
·
Okunma: 30 Ocak 2022 18:51
Əsəri oxuyub bitirməyimdən təxminən 2 saat sonra... Çox qarışıq bir hislərə sahibəm hal-hazırda.Elə isə bu romanla ilk tanışlığımdan hazırkı ana qədər kitabla bağlı yaşadığım hər şeyi sizinlə də paylaşmaq istərdim. İlk öncə onu deyim ki, əsərin adını ilk dəfə hardan eşitdiyim, kimdən eşitdiyim, ya da hardasa görüb oxumaq qərarına gəldiyim barədə dəqiq bir məlumat xatırlamıram.Ancaq onu deyə bilərəm ki, keçən il mart tətilində də şizofreniyaya aid müasir gənc bir yazıçımızın əsərini (bəlkə də çoxunuz eşitmisiniz) "Ölümdən sonrakı şizofreniya" oxumağa başlamışdım.Bəlkə də yuxarıda yazdığım bu cümlələr yersiz oldu, amma elə bu əsəri bitirdikdən sonra ona oxşar adda indi oxuyub bitirdiyim bu kitabı kəşf etdim.Necə kəşf etdim, niyə kəşf etdim, bu haqda da heç bir fikrim yoxdur.Sadəcə təsadüf deyərdim... Nə isə...Üzərindən bir müddət keçdi, və artıq bu əsər haqda çox eşidirdim (bəlkə də mənə elə gəlirdi).Nəhayət, 24 dekabrda bu kitabı oxumağa başladım, ilk 20 səhifəsindən kitab məni özünə bağlamağı bacarmışdı, sözün əsl mənasında.Lakin sonra bəzi səbəblərdən dolayı kitabı yarım buraxdım, və yenidən düz bir ay sonra 24 yanvar kitabı başdan oxumağa başladım.Kitabın bədiiliyi, yüksək obrazlılıq səviyyəsi, hadisələrin get-gedə oxucunu heyrətləndirəcək səviyyədə şiddətlənməsi, bəzən isə ara-sıra edilən gülməli dialoqlar qarşıda ya nə isə maraqlı, ya da çox hədsiz dərəcədə dəhşətli, qorxulu bir hadisələrin varlığından xəbər verirdi...Beləliklə 5 gün içində maraqla bitirdim (halbuki çox az kitab bu qədər bağlılıq yarada bilib indiyə qədər) >SPOİLER!< Kitabın 222-ci səhifəsindən sona qədər təsirindən çıxa bilmədim.222-ci səhifədə - Atılan beton parçasının Elzanın başına düşməsi, növbəti dəfə 299-cu səhifədə İnarın, bacısının, hətta atasının qatilinin onun öz sevgilisi olması, lakin onunla şirin dillə danışan qızın anasının bunlardan xəbərsiz olması...Sonda isə Enovar adlı birinin əslində olmaması həqiqəti...Şizofreniya xəstəsi Bendy Vuen və onun həyatdan, etdiklərindən bezərək intihar etməsi...Ən maraqlısı isə, kitabın əvvəlində bəhs edilən hadisələrə sonda bir də qayıdılması...Əsərin məzmunun demək olar ki, çox hissəsi Bendy'nin Elzaya məhz onun 6-cı arzusunu həyata keçirmək üçün yazdığı məktub əsasındadır.Lakin bu sonda Bendy-nin ölümünə səbəb olur... Bir sözlə, həyatıma, psixologiyama, hislərimə çox böyük təsir etsə də, yaddaşımda dərin və unudulmaz izlər buraxan, heç vaxt unuda bilməyəcəyim, uzun müddət keçsə də, yenə əvvəlki hislərə qapılaraq xatırlayacağım, təsirindən çıxa bilməyəcəyim mükəmməl bir əsər... Hər kəsə oxumağı tövsiyə edərdim, çünki insanın özünü və ətrafdakıları dərketmə qabiliyyətini, empatiya, dostluq, sevgi, mərhəmət və inam kimi hissləri təbliğetmə mövzusunda Sizi çox düşünməyə, bəlkə də bir qədər də olsa müsbət yöndə dəyişdirməyə, və ən əsası həyatı daha dərindən başa düşərək pozitiv, xoşbəxt yaşamağınıza vəsilə olacaq ümid edirəm ki...
Edebiyat
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017624 okunma
··
748 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Eynilə mən də ilk əvvəl Ölümdən Sonrakı Şizofreniya oxumuşdum. Sonra isə bu əsəri gördüm diqqətimi çəkdi dedim oxuyum ama araya zaman, başqa kitablar girdi. 1müddət sonra da olsa oxudum ama yaxşı ki də oxudum🥺Oxumağa dəyər təsirli bir kitabdı👌🏼 Ölümdən Sonrakı Şizofreniya məncə bu əsərin özü də təsirli əsər idi(
Bu kitabı hardan və necə oxuya bilərəm PDF formada?
Jale Hashimli
Gönderi Sahibi
buyurun.Siz də sağ olun paylaşdığınız üçün🌟
Jale Hashimli
Gönderi Sahibi
@S_va