Gönderi

216 syf.
·
Not rated
·
Read in 10 days
"Saf və bəsit bir kişi, yaxud qadın olmaq ölümcüldür, hər ikisini özündə ehtiva etməlisən." Uzun zaman oxuma listimdə idi və Virciniya Vulfdan oxuduğum ilk əsəri idi. Oxuyarkən bəzən yarım buraxmaq istədiyim də oldu, amma yaxşı ki, davam etmişəm. Əsərdə həyata yalnız qadınların gözündən baxılmır. Bütün olanlara görə nə kişilər, nə də qadınlar günahlandırılmır. "Qadınlara yazmaq üçün şəxsi bir otaq və pul lazımdır" fikrinə necə gəldiyini izah edir. Bəli, günümüzdə artıq qadınlar həyatları üçün çalışmaqda daha azaddır və adını tarixə yazdıran qadınlar da çoxdur. Amma... ("bu sözü işlətmək heç yaxşı əlamət deyil") hələ də cəmiyyətin qurbanı olan, yalnız ad olsun deyə bir yaşa qədər məktəbə göndərilənlər və s. heç də az deyil. İnsanlardan soruşsan, cəmiyyətdə qadının rolundan, onlara necə dəyər verildiyindən danışacaqlar, amma xəbərlərdə və ətrafımızda gördüklərimiz onu demir. Yazdığım ilk cümlə kitabdan aldığım ən böyük nəticəni ifadə edir. Yəni, məncə qadınlarla kişilər bir problemi həll etmək üçün birləşəndə uğur qazanılacaq.
Şəxsi Bir Otaq
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 038.4k okunma
·
51 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.