9/10
·1025 syf.··
2022 2. kitabı
Kitabı ümumilikdə bəyəndim. İradlarım var. Bitişdə İlyuşanın dəfn mərasimi zənnimcə yazar tərəfindən tezbazar yazılıb bitirilib. Bitiş əsərə uyğun deyil və bəzi şeyləri oxucuya buraxmaq bu əsər üçün yersiz qaldı. Mityanın qaçışının ucu açıq olması məncə yaxşı oldu. Lakin digər məsələlər( Alyoşanın daha kölgədə qalması) yavanlaşdırdı. Alyoşa barədə məlumatların qıtlığı və yetərincə parlamaması, hətta sondakı məhkəmə bölümlərində Alyoşanın hədsiz emosional, məntiqdən, dərrakədən uzaq bir şəxs kimi göstərilməsi qəsdi əhəmiyyət daşıyır məncə. Oxunaqlı idi. Çətinliyi də yox idi. Gruşenkanın əslində güvənilməz olub olmaması hələ də sual altında qalıb ki bəyəndiyim şeylərdən biri də bu oldu. Fyodorun ölümü isə lazım idi. Əgər oğulları ön plana atmaq lazım gəlirsə məcburən öləcəkdi ki bu başdan bəlli idi.
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,4bin okunma
·
122 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.