Puan vermedi·455 syf.··
2022 4. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Şubat 2022 14:32
Xalid Hüseyninin oxuduğum ikinci əsəri olan "Min möhtəşəm günəş" elə birinci kimi - "Çərpələng uçuran" - məni çox təsirləndirdi. Eyni dövrlər ərzində eyni bir ölkədə baş verənləri bu iki əsər nisbətən fərqli mövqelərdən nümayiş etdirir. Min möhtəşəm günəş'də yazıçı müharibənin ən şiddətli, ən ağır məqamlarını oxucunun gözü önünə gətirir, Əfqan qaçqınlarının vəziyyətini, müharibənin hər dövrünü qeyd edir. Öncə sovetlər ölkəni zəbt edir və əfqan xalqı mücahidlər adlanan dəstələrlə sovetləri ölkədən çıxarmağa çalışır. Buna nail olurlar, tam da sevinmək istərkən yeni müharibə başlayır, mücahidlər öz aralarında hökmranlıq uğrunda müharibəyə başlayırlar. Beləcə sivil əhalinin gözü önündə, onların məhvinə səbəb olan daxili iğtişaşlar davam edir. Növbəti müharibə isə özlərini həqiqi islamçılar adlandıran Talibanların gəlişi ilə başlayır, onlar qadınları heyvan kimi görürlər, onların danışmasını, gülməsini, evdən çıxmasını, oxumasını, işləməsini qadağan edən qanunlar qəbul edib həyasızcasına bunları Allahın buyurduğunu elan edirlər. Halbuki Allah belə buyurmamışdır. Onlar mən deyərdim ki, İslamın üz qarasıdır, hətta İslam belə onlardan utanır. Taliban əhaliyə sərt cəzalar verərək insanlığı ölkədə tamamilə öldürür. İnsanlığını itirmişlərin arasında zatən insanlığı olanlar belə bu mənəvi dəyəri itirir. Bütün bunların fonunda insan həyatı, əsərin 2 günəşi Məryəm və Leyla, onların simasında o damların altında yaşayan, hüquqsuz min, milyon əfqan günəşi, onların keşməkeşli həyat yolu canlanır. Məryəm və Leyla alçaq Rəşidin arvadı olurlar, onun verdiyi zülmlərə dözməli olurlar, lap Məryəmin anası Nananın dediyi kimi "Bizim kimi qadınların öyrənməli olduğu şey dözümdür" Lakin sonda bu qadınların ikisi də azad olur. Leyla öz uşaqları və sevdiyi ilə birgə xoşbəxt həyatına başlayır. Məryəm isə, onun azadlığı nisbətən fərqli olur. O anasının, onu atan lakin sonradan səhvini anlayıb peşman olan atasının, çox sevdiyi Molla Feyzullanın yanına, digər dünyaya gedir, ölür. Ümumilikdə əsər insan qəlbinin ən dərinliyinə qədər təsir edir, onu riqqətə gətirir. Oxuyaraq ağlayırsan bəzən, səhifələri çevirə-çevirə...Bu mükəmməl əsərin yazıçısına öz minnətdarlığımı bildirirəm!!
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,5bin okunma
·
107 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.