Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gözəl, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qıyqacı Üstündən basa tellərin. Yanaqların güldü, solmaz, Oxlasan, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin. Bağban ağlar bar ucundan, Alma, heyva, nar ucundan. Ələsgər tək yar ucundan Batıbdır yasa tellərin.
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.