Gönderi

240 syf.
·
Puan vermedi
·
38 günde okudu
“İnsanlar bir-birinə çiçək hədiyyə verir, çünki sevginin əsl mənası çiçəklərdə gizlənir. Çiçəyə sahib olmaq istəyən şəxs onun gözəlliyinin get-gedə necə solduğunu görəcək. Amma, kimsə çöldə bir çiçəyə baxırsa, həmişə onunla olacaq. Çünki, o çiçək o gecənin, o batan günəşin bir parçasıdır, o nəm torpağın qoxusu ilə, üfüqdəki o buludlarla birdir. Meşə mənə bunları öyrədib. Sən heç vaxt mənim olmayacaqsan, elə ona görə də həmişə mənimlə olacaqsan.” Paulo Coelho’nun qələmini tanımayan çox az saysa oxucu var, fikrimcə. İndiyə qədər onun qələmini hər dəfəsində daha çox bəyənsəm də, bu kitab ya çox ağır idi, ya da tərcüməsi uğurlu alınmamamışdı. Kitabda keçən fikirləri çox bəyəndim, paylaşımlarıma baxaraq buna əmin ola bilərsiniz :) Tərcüməsi biraz daha aydın olsa idi, çox axarlı kitab ola bilərmiş. Amma, yenə də, əsl sevgi, Tanrı, ailə, məqsədlər və mənliyi özündə əks etdirən əsər oldu. Və sonda, o möhtəşəm cümləni qeyd edirəm, “Əgər, bir Tanrı varsa, bu cəsarətlilər Tanrısı olardı. Çünki, hamımız inanmadığımız halda onu axtarırıq. Məgər, bu cəsarət deyil?”
Brida
BridaPaulo Coelho · Can Yayınları · 20213,406 okunma
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.