Gönderi

376 syf.
9/10 puan verdi
·
Read in 7 days
Hər birimiz tarix dərslərindən Tomris haqqında məlumat almışıq. Tomris Xan eramızdan əvvəl 6-cı əsrdə türklərə rəhbərlik edən qadın idi(mənbələrdə onun massagetlərə, peçeneqlərə, sarmatlara, saklara və s.başçılıq etməsi ilə bağlı fərqli məlumatlar var). Həmin dövrdə indiki İran ərazisində yüksələn Əhəməni xanədanının nümayəndəsi Kir Tomrisin hökmran olduğu ərazilərə hücum etmiş, oğlu Sparqapisesin(əsərdə İsparqa kimi qeyd olunub) ölümünə bais olmuşdu. Bundan sonra Tomris onu ağır məğlubiyyətə uğratmış, həm də öldürmüşdü. Daha sonra başını kəsib qanla dolu tuluğa salmış, "Ömründə qan içməyə doymamısan, indi doya-doya iç!" cümləsini söyləmişdir. Tarixi mənbələrdə Tomris haqqında real məlumat çox məhduddur, qalanlar isə dillərdə əfsanədir... Kitabda qeyd olunan tarixi hadisələr müəllif təxəyyülü ilə qələm alınıb. Zənnimcə, bəzi məqamlar daha qısa ola bilərdi. Bununla bərabər, xüsusilə Tomrisin oğlunun ölümünü öyrənəndə içdiyi and və Tomrislə Kirin arasında baş verən həlledici döyüş səhnəsi çox güclü idi. Tomrisin igidliyi tarixçilər tərəfindən yüksək səviyyədə qiymətləndirilir, çünki öz dövrü üçün heç də zəif sayılmayan Əhəməni ordusunu məğlub etməyi bacarmışdı. Həmçinin bu hekayəyə incəsənətdə də yer ayrılmışdır.
Tomris Xan
Tomris XanAhmet Haldun Terzioğlu · 0868 okunma
·
76 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.