Gönderi

Məsələn, bu günlərdə "bir para cavanlar" bağda bir böyük ittihad və ittifaq edib gələnin-gedənin üst-başına, ağzına,burnuna, bığına, saqqalına baxırmışlar... Axırda ittifaqlarını göstərmək üçün oxumuş müsəlmanlardan birinə götürüb bu məzmunda bir kağız yazırlar: "Filan, təvəqqe ediriz, saqqalınızı erməni saqqalına oxşatmayasınız". Ha, ha, ha!! Gülürsünüz! Əfəndim, gülməyiniz əfəndim! Doğru sözümdür, yoxsa inanmayırsınız, kağızı alan mənim üstümə gəlmişdi, şikayət edirdi. Deyir, görürsünüzmü, bizim "bir para cavanlar" nə ilə məşğul olurlar. Bundan sonra gəl "bunlar" üçün işlə, qanını xarab et...
·
117 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.