Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

632 syf.
4/10 puan verdi
·
33 günde okudu
"Nəhayət bitirdim" dediyim kitablardan biri. Kitab Latın Amerikasından olan iki şairin özlərini "visseral realist" adlandıran ədəbi hərəkatı yaratmalarından, şeirə yeni nəfəs gətirməyə çalışmaqlarından bəhs edir. Kitab üç hissədən ibarətdir. Birinci hissədə sadəcə bir şairin günlük həyatından, həmin qrupa qoşulmasından, münasibətlərindən danışılır. Bu hissə qismən maraqlı və anlaşılan idi. İkinci hissədə bölmə-bölmə ayrı-ayrı şairlərin ayrı-ayrı dönəmlərdəki heç maraqlı olmayan və başa düşülməyən həyatından bəhs edilir. Kitabda ən çox yeri tutan və ən maraqsız hissə də elə bu idi. Üçüncü hissə çox az idi və kitabı toparlamağa çalışırdı amma alındığını deyə bilməyəcəm. Yenə də ikinci hissədən qat-qat maraqlı idi. Kitab yazarın avtobioqrafik əsəri sayılır.
Vəhşi Xəfiyyələr
Vəhşi XəfiyyələrRoberto Bolano · Yay · 2019137 okunma
·
569 görüntüleme
Bu yorum görüntülenemiyor
booklover okurunun profil resmi
Latın Amerikası ədəbiyyatı çox maraqlı olur. Llosa, Márquez və Fuentes ən mükəmməlləri demək olar 👌
Xəyal okurunun profil resmi
Əminliklə deyə bilərəm ki, Bolanyo bu adların arasına daxil ola biməz. Maraqlısı odur ki, yazar bu kitabına görə bir çox mükafat aıb 🤷🏻‍♂️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.