7/10
·56 syf.··
Beğendi
·
2022 6. kitabı
Kafkanın adamı necə narahat etdiyini anlamaq istəyirsinizsə, bu hekayəsinə yer verə bilərsiniz. Adam özünü bir anlıq adada tapır. Oxuyursan, amma heç nə aydın deyil. Ta ki yavaş-yavaş "gezginle" birgə irəliləyəndən sonra özünü insanlara cəza verən bir çarxın, bu çarxı hərəkət etdirən əsgər, zabitin olduğu cəza sömürgəsinin ətrafında tapana qədər. Niyə narahat olursan bu əsərdə? Çünki Kafka heç nə demir. Sadəcə oxucunu səhranın (adanın) ortasına atır. Kiçik hekayədə biz cəzaları belə bəlli olmayan, istər yüngül, istər ağır, istər bu əzablara düçar edilməyəcək qədər kiçik səhv etmisən, fərqi yoxdur. Məsələ bu deyil. Əsas olan insanlara əzab verməyə, onları incitmədən necə həzz alacaq bir sistemi göstərir bizə. Bu, əsgər və zabitlərin olduğu yerdə onların sayəsində, bir səyyahın bura gəlib çıxması, hadisələrlə maraqlanması ilə davam edir. Təbii ki, qəribə olan hekayənin bizə ötürdüyü duyğulardı ki, hazırda onu ifadə etməkdə çətinlik çəkirəm. Yəqin, sonralar bu kitabla bağlı hissimdə ancaq və ancaq insana veriləcək acılar qalacaq.
Ceza SömürgesiFranz Kafka · Yapı Kredi Yayınları · 201911bin okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.