·464 syf.··Beğendi
···Okunma: 15 Temmuz 2021 00:00 Kitabı oxumadan öncə internetdə bir qədər araşdırma elədim.Kitab barəsində oxucular 3 əsas qrupa bölünürdü:Oxuyub bəyənənlər,oxuyub bəyənməyənlər və oxumağa çəkinənlər :) Oxumağa çəkinənlər böyük əksəriyyət təşkil etdiyindən,mən də bir qədər başlamağa tərəddüd etdim.Amma bir gün tərəddüdləri kənara qoyaraq,kitabı əlimə aldım və başladım :) Romanda yazar tərəfindən Buendia nəslinin yaranmasından bu nəslin məhv olmasına qədər bütün baş verənlər qələmə alınmışdır.Kitabda adların çoxunun eyni olması bir qədər çaşqınlıq doğursa da,diqqətlə oxuduqda o çaşqınlıq da aradan qalxır və sözün həqiqi mənasında oxumaqdan zövq alır insan! Bu romanı oxuyub yarımçıq qoyanları və bəyənməyən oxuculara romana yenidən şans vermələrini tövsiyyə edirəm. :)