Bu kitabı uzun müdət əvvəl oxumağıma baxmayaraq incələmə yazmaq istədim. Çünki çətin və qarmaqarışıq bir kitab olsa da ilk ciddi oxuduğum əsər olub. Artıq 3 il keçib amma kitabdan hissələr hələ də yadımdadı. Spoiler vermək istəmirəm, qısaca xəyali&gerçək bir şəhərdə Buendia nəslinin başına gələn əhvalatlar danışılır. Bu nəslin nümayəndələri xristianlıqda 7 ən böyük günahı işləyirlər: qısqanclıq, acgözlük, şəhvət, özündən razı olmaq, tənbəllik, qəzəb, doymamazlıq. Bunu düzü kitabı bitirəndə bilmirdim, sonradan burda incələmələrdə öyrəndim. Ön sözdə bu haqda məlumat və soy ağacı (türkcə kitablardan fərqli olaraq) yox idi. Əsərdə hər yeni doğulmuş körpəyə ya Aureliano ya da Xose Arkadio adı qoyulduğundan tez-tez kimin kim olduğunu istər-istəməz qarışdırmaq mümkündü. Ona görə əgər oxusaz internetdən soy ağacına baxmanızı tövsiyə edirəm.
Mənə əsərdə ən çox təsir edən Ursula və polkovnik Aureliano olmuşdu. Ursula (bu gün analar günüdü) ailənin keşiyində duran, hər cür çətinliyə dözən zəhmətkeş anaydı. O fədakarlıqları, daim uşaqların qayğısına qalması, onları qoruması və s. xüsusiyyətləri ilə sanki bütün anaları təmsil edirdi.
Polkovnik Aureliano, bu personaj mənə həmişə özümü xatırladır. O daimi yalnızlığa məhkum edilmişdi. Həmişə yalnız qalacaqdı, necəki əvvəl də yalnız olub. İndi də yalnızdır. Keçmiş xoş xatirələrsə həmişə yanında olacaq. Gələcəyin yükü isə çiyinlərində.