İçimizdeki şeytan - Sebahattin Ali
Puan vermedi·255 syf.··
2021 34. kitabı
·
8 günde okudu
·
Okunma: 20 Eylül 2021 00:00
Yazarın qələmi ilə tanışmaq üçün bu kitabı seçməyimə heç peşman olmadım. Əsəri oxumağa başlayarkən türk serialı dadında olmamasını istədim. Boş vaxt itkisindən qorxdum. Amma bu düşüncələrim tez yox olub getdi. İki gəncin sevgisi, ailələri, yaşamaq uğrundakı mübarizələri, ümidləri, xarakterləri ən incə şəkildə bizə çatdırılır. Biz yalnız bir roman oxumuruq. Biz özümüzü oxuyuruq bəzən. İçimizdəki şeytanın nə olduğunu öyrənirik əslində... Müəllifin də dediyi kimi, Nə şeytanı əzizim, nə şeytanı? İçimizdə şeytan yoxdur. İçimizdə acızlik var, tənbəllik var, iradəsizlik, bilgisizlik var. Sujet olaraq bəyəndiyim, sonluq olaraq rahatladığım amma yenə də o obraz üçün üzüldüyüm bir səfər oldu mənim üçün. Bu əsər əslində yazarın həyatından heç də uzaq deyil. Hüseyn Nihal Atsız, Peyami Safa, Necip Fazıl kimi şəxlərin əsərdə obrazlarla canlandırıldığı da bir faktdır. Ömər isə elə Sebahattinin özüdür... Müəllif yaşarkən təqiblərə məruz qalmışdır. Məzarı belə bilinməyən Alinin əsərləri ilə hələ də aramızda olduğunu bilmək xatirəsinə göstərilən hörmət insanı az da olsa sevindirir. Növbəti oxuyacağım kitabı isə ən məhşur əsəri olacaq. Hələ də çənim kimi qorxanlar varsa yaxın zamanda müəllifin əsərlərinə şans verin. 13.09.21 14:01 22.09.21 11:08 255s
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019209bin okunma
·
104 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.