BABAYA MEKTUP - FRANZ KAFKA
10/10
·57 syf.··
Beğendi
·
2021 39. kitabı
·
25 saatte okudu
·
Okunma: 17 Ekim 2021 00:00
Kafkadan ilk oxuduğum əsər Dönüşüm idi. Tam iki dəfə oxumuşam. Kafkanın qələmi ilə ilk bu əsər ilə başlasaydım uşaq ağlımla başladığım Dönüşümü yarım qoymazdım. Babaya mektup Kafka yaradıcılığına işıq ola biləcək gücdədir. Kafkanı var edən səbəblərin yer aldığı kitab ünvanına heç çatmayacaq atası Hermann Kafka üçün yazılmış məktub olsa da, əslində bir səsləniş, bir salam, bir vida, bir Kafka sədası idi, fikrimcə. Ağır xarakterli bir ataya sahib olan Kafkanın bu kitabı bizə həm onun həyatını, yazdığı əsərlərin dərinliyini, kökünü, xarakterindəki yaraların mənbəyini göstərir, həm də valideynin açdığı yarananın izinin heç getməyəcəyini, bundan sonra varlığımızın formalaşdıran gücün elə uşaqlıqdan aldığımız travmaları olduğunu da xatırladır. Ümid edirəm mən yaralarının izini qapata bilən, uşaqlıq travmalarını öz uşaqlarına yaşatmayan, güclü və xoşbəxt valideyn olub yaralı bir gələcəyə səbəb olmaram. Oxuyarkən çox təsirləndiyim kitab oldu. Bir sızıltı hissi ilə başladı və bitdi... Siz də edibin qələmi ilə bu əsərlə tanış ola bilərsiniz. "Her çoçuk iyiliyi bulana kadar arama kararlılığına ve cesaretine sahip değildir" "Sen benim için hər şeyin ölçütüydün" "Her yerde yaınızc ulaşılamayan mükemmel insanlar gördüğüm içim ben küçük çoçuğun gözündə hiçbir yerde onay bulmayan güvensizlik,benim içimde kendime doğrultulmuş bir güvensizliğe vebütün kerkese karşı sürekli duyduğum korkuya dönüştü" 16.10.21 17:00 17.10.21 18:52 57s
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202254bin okunma
·
39 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.