Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

234 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Manuela Dunn Mascetti - İçimizdeki Tanrıça Kadınlığın mitolojisi
Axıcı, sadə qələmlə yazılmış böyük şeylər söyləyən bir kitab daha. Mifologiya və psixologiyanın vəhdəti incəsənət nümunələri ilə birləşərsə ortaya belə möhtəşəmlik çıxarmış. Kitab bizlərə qadınlarla bağlı tarixən inanılmış mifləri, bu miflərin din və tarixlə əlaqəsi və zaman keçdikcə necə dəyişib formalaşdığını tanıdır. Eyni zamanda psixoloji arxetiplərin (köhnə tip, ilkin nümunə, başlanğıc) müasir qadının içində necə yarandığını, mifoloji hekayələrin hansı xarakterlərlə üzə çıxa bildiyini izah edir. İlk insanların tanrıçalara inamı, onların rolu və müxtəlif ayinlər fərqli rəsm əsərləri və memarlıq nümunələri ilə oxucunun gözünü oxşayırdı. Hər qadın bu kitabı oxuyarkən Afrodit, Salome, Hera, Vesta, Musa və s arketiplərdən biri və ya bir neçəsini özündə tapa bilər. Qısası, çox doyurucu, zəngin qaynaqla yazılmış, az bilinən amma dəyərli oxuma vəd edən zövqlü kitab idi. Şans verməlisiniz #içimizdekitanrıça #manueladunnmascetti #ədəbiyyat #mifologiya #incəsənət #psixologiya Teleqram : Gulshen's Notes
İçimizdeki Tanrıça Kadınlığın Mitolojisi
İçimizdeki Tanrıça Kadınlığın MitolojisiManuela Dunn Mascetti · Doğan Kitap · 200011 okunma
·
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.