Puan vermedi·887 syf.··
2022 12. kitabı
·
17 günde okudu
·
Okunma: 11 Şubat 2022 19:26
Tək kəlimə ilə mükəmməl bir kitabdır. Müharibənin nə olduğunu , ən əsası da nə olmadığını geniş bir şəkildə izah edir. Kitabdan nələr öyrənə bilərik? Qəhrəmanlıq anlayışının görünən və görünməyən tərəflərini , arxasında duran motivasiyanı fərqli xarakterlər adına öyrənirik. Andreyin aristokrasiyadan bezdiyi üçün , Nikolayın çara olan uşaqca sevgisi üçün , Pierrein yeganə yol bu imiş hiss etdiyi üçün atıldığını görürük. Tarixi hadisələrin şəxslərin istəkləri ucbatından yox , sadəcə belə olmaları lazım olduğu üçün baş verdiyini anlayırıq. Yaxşılıq nədir ? Sevgi nədir ? Tarix düzgün mü yazılır ? Müharibə nədir ? Niyə rdilir ? Qəhrəmanlıq həqiqətən varmı ? Qorxularımız nələrdir ? Tanrı varmıdır ? Kimi həyatın özü olan suallara cavablar verilir və əksərən də bu cavabları bəyəndim , razılaşdım. Lev Tolstoy
Savaş ve Barış (2 Cilt Takım)Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202425,9bin okunma
·
104 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.