Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

107 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Karen Armstrong - Mitlerin kısa tarihi (107 səhifə)
İnsan var olandan onun həyatında və düşüncələrində nələr dəyişib? İnancları, bağlılıqları, həyat tərzlərinin düşüncələrinə təsiri, zamanla düşüncə və miflərinin formalaşma mərhələləri və bu mərhələlərin bir-birindən fərqləri, inkişafı haqqında bir kitab oxumaq istəsəniz bu əsər tam da sizə görədir. Adından göründüyü kimi, əsər oxucuya paleolit dövrdən müasir dövrə inanc və miflərin necə dəyişdiyini, təbiətin və tarixi hadisələrin, inkişafın insanların baxış bucağına necə təsir etdiyini, qısası mifin tarixini sadə və səmimi qələmlə çatdırır. Müasir dövrün və elmin inkişafının doğurduğu nəticələr - Qərbin düşüncə formasının dəyişməsi ən sevdiyim hissə oldu. Həm qısa, həm axıcı olan əsər istər tarixi, istər dini, istərsə də mifologiya baxımından doyurucudur. Beləliklə, mifologiya oxuma rəhbərimdən bir kitab daha əskik oldu. Siyahı üçün: t.me/booklovergulshen/4 #mifologiya #kitabtəhlili
Mitlerin Kısa Tarihi
Mitlerin Kısa TarihiKaren Armstrong · Merkez Kitaplar · 2006457 okunma
·
293 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.