Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

74 syf.
7/10 puan verdi
·
15 saatte okudu
74 səhifəyə 5 kiçik hekayə sığdırıblar :) 1.Ay ışığı sokağı-Fransada bir qonağın dənizçi məhəlləsində eşitdiyi arianın ardınca gedib,tanımadığı insanların qəribə həyat hekayəsinə şahid olması ilə bağlıdır.Xəsis bir adam və qürurlu xanımı arasında keçən bu hekayədə adamın hər fürsətdə qadının yalvarmasını və minnətdarlığını eşitmək istəməsi və bundan aldığı gizli həzzin səbəbləri və nəticələrindən bəhs edilir. 2.Leporella-Xidmətçisi olduğu evin sahibi olan barona qarşı hiss etdiyi dəhşətli bağlılıq nəticəsində insanlara yadlaşmış,hisslərinin əsiri olmuş Leporellanın törətdiyi qorxunc cinayət haqqındadır. 3.Nişan-1810-cu müharibədə yaralanıb düşmən İspaniya torpağında qalan Fransız albayının həyatda qalma mücadiləsini əhatə edir.Hekayənin sonu mənə The Pianist filmindəki Szpilmanın Alman paltosu geyinmiş halda rus əsgərləri ilə qarşılaşdığı səhnəni xatırlatdı. 4.Leman gölü kıyısında olay-Mövzusu 1918-ci il bir yaz gecəsində Leman gölündə tapılıb xilas edilmiş bir rus əsgəri və onun vətən və ailə həsrəti,həmçinin ümidsizlik səbəbindən gəldiyi son nöqtədir. 5.Avare-21 yaşında yaşıdlarından daha aşağı səviyyədə olan,imtahandan dəfələrlə kəsilmiş və bu səbəbdən həyatdan soyumuş gəncin basdırılmış hissləri nəticəsində müəlliminə etdiyi isyan və ödədiyi ağır bədəl.. Zweig bu hekayələrində insanı personajların ruhuna daxil edir sanki.Yalnızlığı,qorxunu,ümidsizliyi hiss edir,personajın ruhsal çaxnaşmalarını,daxili aləmini duyuruq. Hekayələr ayrı-ayrılıqda oxumağa dəyər,amma sonu sadəcə intihar,ölümlə bitən hekayələrin eyni kitabda verilməsi bir qədər düzgün gəlmədi mənə.Oxumaq üçün bir qədər düzgün vaxt seçilməlidir.
Ay Işığı Sokağı
Ay Işığı SokağıStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202167,4bin okunma
·
584 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.