Puan vermedi·64 syf.····Okunma: 06 Mart 2022 18:09 Oxuduqda , ilk öncə çox absurd gəlir insana . Elə absurddur da. Fəqət , uşaqları qorumaq adı altında istismar edilən uşaq həyatları , vətəni qorumaq ,din buyurmuşdur deyə , xalqın şərəfini təmizləmək , ən çox da sülh gətirmək başlıqları altında edilən müharibələr , cəmiyyətdə daha yüksək vəzifədə fəqət daha aşağı xarakterə sahib olanlara yaltaqlanmalar , bürokratiyanın şıltaq oyunları , personasına bürünüb sosial şəbəkələrdə olmadığı kimi görünən insanlar mı absurd deyil ?)) Bu dünyada nə çox absurd şey var , bunlarla müqayisədə Gogolun hekayəsindəki bədəni tərk edən burun olduqca məntiq qaydalarına uyğun , mənalı səslənmir mi ? ))