·160 syf.····Okunma: 16 Şubat 2022 16:26 Spoiler
Bu kitab təkamül nəzəriyyəsini başa düşmək üçün ilkin mərhələ olaraq qəbul oluna bilər. Sadə dillə əcdadlarımızdan bizə miras kimi keçən instinktlərimizi, ən ibtidai insanların həyatını, onların bizlə həm nə qədər fərqli, həm də nə qədər oxşar olduqlarını başa salır.
Təbii ki, kitabda yazılanların 100 faiz dəqiqliklə həqiqətən baş verdiyini bilməyimiz mümkün deyil, amma bəzi hissələr var idi ki, adamı düşünməyə vadar eləyir. Məsələn, ən çox gördüyümüz yuxular yüksəklikdən yıxılma yuxularıdır. Bu yuxulardan həmişə diksinərək oyanırıq və heç vaxt yıxıldığımızı görmürük. Cek London bu halı ağaclarda yaşayan və hər an yıxılıb ölmək təhlükəsi daşıyan əcdadlarımızla izah eləyir. Yıxılıb ölənlərdən nəsil davam edə bilməz, amma son anda diksinərək yuxudan ayılıb budaqlardan tutmağı bacaranlar bizə öz travmalarını ötürmüş ola bilər. Buna görə də heç vaxt yıxıldığımızı görmür, sadəcə boşluğa düşdüyümüzü görür və ayılırıq.