·144 syf.····Okunma: 06 Mart 2022 23:33 Və bir kitabın daha sonuna gəldik.Müəllifdən oxuduğum ikinci kitab idi. Birinci kitab Rus ədəbiyyatından bəhs edirdisə bu kitabda biz bir-birindən fərqli həyat hekayələri olan 10 qadınla tanış oluruq.Düzdür,Ledi Diana və Frida Kahlo əvvəldən heyranı olduğum qadınlar idi,amma Pərvin Nurəliyevanın qələmi ilə onları daha çox sevdim,daha yaxşı anladım.Bu kitabı hər qadın,həmçinin qarşı cins oxumalıdır. Çox şey qazanacağınızdan əminəm.
Kitabların ön sözünü oxumağı qəti sevmirəm.Bu kitabda hər bölməni bitirdikdə Azərbaycan qadınına rast gəlməyə ümidləndim. Ön sözü oxuduqda isə hər şey aydın oldu.Kitabın davamı gələcək, "Bizim qadınlar" adlandırılacaq həmin o,ikinci hissə Azərbaycan qadınlarına həsr olunacaq. Səbrsizliklə gözləyirəm...