Gönderi

10/10
·479 syf.··
Beğendi
·
2022 4. kitabı
·
55 günde okudu
·
Okunma: 06 Mart 2022 11:05
Oğuz'cum Atay'ın duyğulara və əvəzolunmaz xəyal gücünə dayanan qələminə heyranlığ və böyük bir sevgi hissi duymamağ mümkünsüzdü... Əsərlərinin hər biri mükəmməl bir duyğusallığla yazılması ayrı bir məsələ olarağ qalır, ama mənimçün Oğuzcum Atayın Tutunamayanlar əsəri qəlbimin baş köşesində xüsusi bir yeri əhatə edir. Oğuz Atay'a olan sevgimi ifadə etməyə bəzi sözlər yetmədiyinnən, son söz olarağ və sevgimin ifadəsi olmasa da, "Nə yaxşı ki bu dünyadan bir Oğuz Atay keçib" deyib sözü daha çox uzatmadan əsərin təhlilinə keçmək istiyirəm:) Bəzi əsərlər olur, və ya bəzi insanlar, bəzi hadisələr... Onun haqqında danışmağa cəsarət edə bilmədiyin, tam layiqiylə haqqını verərək ifadə edə bilməyəcəyindən qorxduğun.. İşte mənimçün Oğuz Atay'ın tək Tehlikeli Oyunlar'ı yox, bütün əsərləri o qorxunun yaranmasına səbəb olur) Haqqıyla ifadə edə bilməsəm də əsəri, yenə də başlayağ sözə:) Əsərin baş qəhrəmanı Hikmet Benol Tutunamayanlar dünyasının sakini olarağ, tutunamamanın vücud bulmuş halını təsvir edən bir obraz olarağ çıxır qarşımıza. Bir türlü gerçək həyatla bağ qura bilməyən, və xəyallarla, bir növ oyunlarla tutunmağa çalışan biri olarağ. Tehlikeli Oyunlar'ın Hikmeti ilə Tutunamayanlar'ın Seliminin arasındakı bağ, gerçəklərin ağır gəldiyi, və xəyallarda yaratdığları fərqlilik obrazının altında əzilmənin sonucu intihar etmə idi... Hikmet'in həyatındakı gerçəklərdən olan Sevgi, Hikmet üçün sevgisizliyi, Bilge isə bilgesizliyi ifadə edirdi. Gerçək dünyadan sadəcə Bilge'nin həyatında olması, və Bilgenin də onu anlamayıb tərk etməsi, Hikmetin dünyayla olan bağının tamamən qopmasına səbəb olmuşdu. Və intiharının səbəbi də bu idi fikrimcə. Dünyayla tamamən bağını kəsmiş, geriyə sadəcə gerçəklikdən Bilge qalmış və oyunlarla yaşayan biri olarağ Bilge'nin onu tərk etməsi sonucu, geriyə həyatının anlamını da itirmiş biri olarağ sonunun və tək şansının ölüm olduğunu düşünərək, "İNTİHAR" adını verdiyimiz, yaşadığı sürəcə ruhunun yavaş yavaş dünyaya gözlərini yumması və bir gün tamamən öldüyünün fərqinə vardığda, geriyə qalan cisminin də ölməsini öz əlləriylə gerçəkləşdirərək bu dünyadan tamamən bağını kəsməsi... Ruhu ölən birinin bu dünyada yaşaması, imkansız sinifinə daxil olan qavramlardan biri idi sanırım... Əsər haqqında nə desəm və nə qədər yazsam yetməz. Bu səbəbdən son söz olarağ Oğuz Atay'a olan sevgimi ifadə edərək, Və hər cümləsi özəl olsa da, bu cümləsini özəlliklə sevdiyim üçün, kitabdan bir alıntıyla son sətiri də yazıb yazımı burda sonlandırıram:) "Dudaklarının kenarında bir gülümseme yaratmak için ne uzun yollardan geçiyorsun. Kendinden veriyorsun ve durmadan eksiliyorsun. Oysa bazı insanlar, oldukları gibi kalarak, elde ederler istediklerini. Ben kanımı damla damla süzerek veriyorum." Sevgidəki fədakarlığın ən mükəmməl anlatımıydı düşüncəmdə)
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayınları · 202538,8bin okunma
·
203 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.