·267 syf.····Okunma: 06 Mart 2022 22:40 Dostoyevskinin "İnsancıklar" əsərinində Makar və Varvara arasında Qoqolun "Palto"sundan bəhs edilir. Obrazlar arasındakı söhbəti daha yaxşı anlamaq üçün Qoqolun hekayəsini oxudum. Yazarın ironik üslubu çox xoşuma gəldi və onun kitablarını xronolojik oxumağa başladım.
Qoqolun sonradan satışdan toplayıb yandırdığı uğursuz şeir kitabını saymasaq "Dikanka yakınlarında bir çiftlikte akşam toplantıları" onun ilk kitabıdı. Kitab 2 hissəyə ayrılır, hər hissədə də 4 hekayə mövcuddur.
Kitabdakı hekayələrdə sadə insanların həyatına şər qüvvələrin qarışıb onları dəyişdirməsi və obrazların bunlara verdiyi/verə bilmədiyi reaksiyalar ilə həyatlarının şəkillənməsini oxuyuruq. Bu və bənzəri fantastik elementlər ilə yanaşı az qala hər hekayədə romantikaya da yer verilib. Kitabdakı ən çox sevdiyim hekayə olan "Bir Noel Gecesi" də bu qəbildəndir. Kitabdakı son 2 hekayə olan "Büyülü yer"(bir irəliləyiş yoxdu deyə) və "İvan Fyodoroviç Şponka ile teyzesi"(yarımçıq qalıb deyə) sevmədim. Yerdə qalanlar isə müəyyən bir standarta sahibdir, möhtəşəm olmasalar da oxumağa dəyər.
Hekayələrdə Qoqolun anadan olduğu Soroçinets/Ukrayna təsvirləri çox gözəldi.
Kitabda bu əraziləri özünə məskən tutmuş Kazaklara xüsusi yer ayrılıb . Onlar öz cəsarətləri ilə hadisələrin mərkəzində dururlar.