Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
·
Puan vermedi
·
Beğendi
Diqqət: kiçik spoiler var. Rövşən Abdullaoğlu yaradıcılığı ilə ilk tanışlığım idi. Bu kitabla tez-tez rastlaşsam da oxumaq nəsib olmamışdı. Üzv olduğum " Dərya Kitab Klubu" sayəsində bu kitabı oxudum. Daha çox Avropa,Amerika ədəbiyyatı oxumağı sevirəm və heç vaxt düşünə bilməzdim ki, milli yazıçılarımızdan hansınınsa əsəri məndə bu qədər dərin iz buraxar. Müəllif kitabda din, sevgi,ailə bağları, müharibə(müharibənin görünməyən tərəfləri,buraxdığı sağalmaz yaralar), valideyn-övlad münasibətləri, psixoloji travmalar,sevginin sağaldıcı gücü kimi mövzulara ustalıqla toxunub. Relslər üzərində intihar etmək üçün uzanmış iki insan və onları rahat buraxmayan travmaları... Ted( əslində Dorian) anasını uşağkən itirmişdi , həm ona həm atasına analıq edən qardaşı Ted'i isə relslər üzərində oynayarkən ayağı relsə ilişdiyi üçün itirir, Dorian qardaşını xilas edə bilmir və həyatda tutunduğu tək insanı da itirir. Zəif xarakterli atası onsuz da çox sevdiyi həyat yoldaşının ölümü ilə tamam özünü itirmiş və öz səssizliyinə çəkilmişdi. Faruq isə... Bosniyalı müsəlman Əminin və serbiyalı Adriananın "oğlu " idi ( iki düşmən xalqın nümayəndələri,amma bu düşmənlik onların sevgiləri qarşısında əzilib yox olmuşdu). Sebrenitsa müharibəsi zamanı əsir düşən Adriana təcavüz nəticəsində hamilə qalır, günah olduğu üçün uşağları aldırmır və əkiz uşaqları doğulur. Əmin hər zaman Adriananın yanında olur və sevgisinə sahib çıxır. Adriana isə aldığı psixoloji sarsıntılarla baş edə bilmir... Uşaqlarını hər görəndə yaşadıqları yenidən xatirəsində canlanır, o uşaqlarına nifrət edir. Faruq bir gün anasının gündəliyini tapır və anasının niyə ona qarşı bu cür davrandığını anlayır. İntihar etmək üçün relslər üzərinə gedir ( bacısının öldüyü yerə) bu intihar cəhdindən onu əmin xilas edir, ikinci intihar cəhdində isə Tedlə (Dorian) relslər üzərində uzanıb qatarı gözləyərkən etdiyi söhbətlər...
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,036 okunma
·
269 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.