Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
5/10 puan verdi
·
6 günde okudu
kitab analizi
Başlıq: Və dağlardan səda gəldi Yazar: Xalid Hüseyni Səhifə: 502 Nəşriyyat: Qanun Oxudum: 01/03 - 07/03/22 Janr: Ədəbiyyat,hekayə,tarix İnstagram: vusalkitablar Hərkəsə salam "Min möhtəşəm günəş" əsərindən sonra,bu kitabdan da gözləntilərim təbii olaraq çox yüksək idi.Kitabda, yazarın digər oxuduğum əsərində olduğu kimi, əfqan xalqının başına gələn faciəvi hadisələrdən,sovet işğalından,daxili və xarici siyasətdən,Səbur və ailəsinin başına gələnlərdən,oxucuya nağıl üslubunda çatdırılır.İlk səhifələrdən normal irəliləyən hadisələr,daha sonra çansıxıcı bir hal almağa başladı. Kitabın əsəs sujet xətti,anaları vəfat etmiş bacı və qardaşdan - Pəri və Abdulladan,onların bir-birinə duyduğu dərin qarşılıqlı sevgidən,həyat yollarından geniş şəkildə bəhs edir.Kitab hissələrdən ibarətdir və bunlar bir-biri ilə əlaqəli olsa da,açığı oxuduqca bunu tam hiss edə bilmədim.Kitabdan qopmaları dəfələrlə yaşadım.İlk hissə yaxşı idi.Daha sonra hərşey dolaşıq şəkildə təsvir olunmağa başlanır .Bəzən,əvvəlki hissədə oxuduğum insanların kimliyini unutduğum oldu.Bəzi hissələrin həddən çox uzun-uzadı yazıldığını düşünürəm.Hər hissədə çoxlu sayda yeni insanlardan bəhs etməsi,məndə çaşqınlıq yaranmasına səbəb olurdu.Kimin kim olduğunu təyin edənədək oxuduğum hissə qurtarırdı. Məncə, bir kitabda ən mühim şeylərdən biri,onun hekayə qurğusudur.Bu əsərdəki hekayələr  "keyfiyyətli" olsa da ,qurğusu ürəyimcə deyildi.Sadə dildə yazılmış olmasına baxmayaraq,məncə bir çox şey əksik idi və gözə batırdı.Son olaraq bunu deyim ki,yazarın qələmi ilə tanışlığım möhtəşəm oldusa da,bu əsər mənə görə ortalama əsərlər sırasına daxil oldu. #xalidhüseyni #vədağlardansədagəldi #andthemountainsechoed #qanunnəşriyyatı #oxudumbitdi #roman #ədəbiyyat #tarix #khaledhosseini #pəri abdulla #əfqanxalqı
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
·
83 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.