Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

88 syf.
6/10 puan verdi
Mustafa Ziyalan "Alengirli Filmler" kitabının təhlili.
Mustafa Ziyalan qələmindən ilk oxuğum kitab "Alengirli Filmler" oldu. Alengirli "göstərişli" , "xoş" mənasında işlənir bu da onu göstərir ki , müəllif bu kitabında bizlərə öz fikrincə xoş , göstərişli və yenə ona görə izləməsi vacib filmlərdən bəhs edib. Tövsiyyələri sırasında izlədiyim bir neçə filmin olması qarşısında izləmədiyim onlarca film olduğunu , yeni yeni onlarla filmlə tanış olduğumu demək istəyirəm.Bu da kitabın dəyərini mənə görə biraz daha artırır. Mustafa Ziyalan hoca yazılarını bir neçə başlıq altında toplayaraq , tövsiyyə etdiyi filmləri də bu yazılar əsasınca verir.Məsələn "Ne Korkular Ne Filmler" başlığı altındaki yazısında qorxu filmləri üzərinə öz fikrini ifadə edib bu növdə bəyəndiyi filmləri tövsiyyə edir.Qorxu növü ilə Gerilim növü arasındaki fərqi anladan müəllif , son olaraq bu növ haqqında ; "Yaşam korku filmlerine, gerçek korkular kurmaca korkulara nal toplattırıyor. Boynuz kulağı geçmiş. İşte, kendi mantıkları içinde dahi -belki tam da o mantığa kilitlenip kaldıkları için- şimdilerde korku filmlerinin başındaki en büyük dert bu bence..." deyir.Açığı mənim kitabda ən bəyəndiyim cümlə məhz bu oldu.Məncə bu cümlədə həyatın da kinomotografiyanın da acı verən reallığı yatır. Rejissorlardan sadəcə Tarkovskiyə ayrıca yer verib filmlərindən özəl olaraq bəhs etməsi isə mənim ayrıca bəyəndiyim hissə oldu. "Tarkovski sinemanın, filmin poetik bir süreç olduğunu yaşatmaktadır bize, filmlerini şiirsel bir süreç olarak yaşantılamamızı önermektedir sanki, bize siirin bir yaşama, bir bilgi biçimi olduğunu duyumsatmak istemektedir"deyən müəllif Tarkovski haqqında cümlələrini kitabda belə bitirir "Bugün ya da yıllarca önce ölmüş olabilir, ama Tarkovski bence hep yarına yakışacak. Yarınların da ona yaraşır yarınlar olmasını diliyorum." Müəllif təkcə bəyəndiyi filmləri tövsiyyə etmir məsələn Zack Snayder rejissoru olduğu "300" filmini və bəzi filmləri müxtəlif məsələlər üzərindən tənqid edir.Bu da filmi izləməsəkdə bizə hardasa müəyyən mənada film haqqında fikir verir. "Alengirli Filmler" kitabını müəllifin bəhs etdiyi filmləri izləyib (məncə yaxşı bir film izləyicisi bəhs etdiyi filmlərin bir hissəsini mütləq izləməlidir) elə oxunsa məncə daha yaxşı olar ama yeni film tövsiyələri almaq və eyni zamanda filmlər haqqında az - çox nəsə öyrənmək üçün oxuna bilər. Maraqlıları üçün tövsiyyə edilər.
Alengirli Filmler
Alengirli FilmlerMustafa Ziyalan · Dedalus Yayınevi · 201215 okunma
·
83 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.