Y.Şəriəti.

Y.Şəriəti.
231 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Reklam
Elxan Elatlı '' On dördüncü adam'' kitabı
4/10
·332 syf.·
2026 3. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 3 - Elxan Elatlı '' On dördüncü adam'' kitabının təhlili. Müəllifin qələmindən oxuduğum ikinci kitab olan On dördüncü adam qısa müşahidə ilə anlaşılır ki , müəllif özünü inkşaf etdirib və bu dəfə ədəbiyyat adına daha ortalama əsər ortaya çıxarıb.Fəqət mən yenədə kitabın yetərsiz olduğun düşünürəm.Əsər marketdən çıxan bir müəllimənin və ondan əvvəlki gün qətlə yetirilən adamın araşdırması ilə başlanğıc götürülür fəqət əsas hekayə bu marketin tam önündəki evinin balkonunda saatlarla oturan axsaq kişinin həyatı ilə bağlıdır. Ali təhsil almaq üçün Bakıya gələn gənc tələbə Firdovsi öz taleyi ilə qumar oynmaq istəyir və bunu edir.O universitet qapısından girəcək 14 cü adamın (qadının) həyatının qisməti taleyi olacağına inanır və bu vəclə addım atır.Əsər buradan təməl hekayəsini alır .İndi gənc obrazımıza görəsən Tanrı necə birini qismət edəcək o məhv olmağın ilk addımını atmış olacaq yoxsa xoşbəxtliyin ? Əsər əslində insana ilk növbədə onu öyrədir ki insan öz taleyi ilə heç bir halda qumar oynamamalı və bunun kimi həyati məsələləri şansa buraxmamalıdr.Ümumən insan qumar oynamamalıdır....Həqiqətən də bu həyatda seçdiyimiz hər şey , atdığımız ən xırda addım bellə öz kəpənək effekti ilə bizim həyatımıza inanılmaz dərəcədə təsir edir.İstər oxuduğumuz məktəbi seçmə qərarı istər işimizi və istərsə də gələcək həyat yoldaşını seçmə qərarı...Tolstoyun ''Kreyçer Sonatasi'' , ''İvan İliçin Ölümü'' İvan İlyiç'in Ölümüİvan İlyiç'in Ölümü '' , Mc Evanının ''Fındıq qabığı Fındık KabuğuFındık Kabuğu və.s əsərlərdən yaxşı bilirəm ki bu həyatda gələcək həyat yoldaşı seçimi nə qbir seçimdir.Həqiqətən də insan öz müqəddəratını bəlkə də həmin zaman müəyyən edir.Kitabda bu məsələnin vacibliyi kifayət qədər təsirli əks olunub. Həmçinin SSR dövrünün vətənimizə vurduğu zərbələrdən də bəhs olunub.Məsələn BDU'nun
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,198 okunma
Elxan Elatlı '' Ölüm Ağacının Kölgəsində''
2/10
·300 syf.·
2026 2. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 2 - Elxan Elatlı '' Ölüm Ağacının Kölgəsində'' kitabının təhlili. Müəllifin yaradıcılığına olan münasibətim bilinəndir fəqət bir daha üzərindən keçsək bu əsərdə ədəbiyyat adına heç nə yoxdur.Kitabın sujet xətti hardasa maraqlıdır fəqət bədii təsvir və ifadə vasitələri çox zəif , bunun yanında niyə yazıldığı məlum olmayan lazımsız cinsəl ifadələr və təsvirlər , kitabı dözülməz edir. Müsbət nəsə yoxdur demək də əslində yanlışdır çünki baxdıqda kitabdaki vətənə xidmət və ona olan bağlılıq , anaya sevgi , qayğı , həyatın müvəqqətiliyi və ağırlığı yenə country's community tərkibindəki qarışıqlıqlar insanda müəyyən sorğulamalar yaratmağı bacarır...Yenədə kitab məncə çox zəif idi sujet xətti maraqlı olsa da mövzusu insanda təəccüb doğursa da yenə də bəyəniləcək kimi deyildi...
Ölüm Ağacının KölgəsindəElhan Elatlı · Elgün Nəşriyyat · 2017319 okunma
Agata Kristi ''Şərq Ekspresində Qətl''
6/10
·256 syf.·
2026 1. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab -1 Agata Kristi ''Şərq Ekspresində Qətl'' kitabının təhlili. (14.10.2025) Cəmi iki oxumaya bitirdiyim bu əsər janr etibarı ilə klassik ədəbiyyat ilə müqayisədə çox da üstünlük verməyib mənə oxuduqdan sonra əlavə nəs qatdıgını düşünmədiyim tərzdə olsa da yenədə oxudum...Təki oxumağa bir şey olsun... 1.Insan qətl edir insan öldürür - O bunu daxildən gələn səmimi bir arzu və ya ehtiraslı alovlu hisslər və ya sadəcə istək ya da intiqam məqsədi ilə edir.Hər üç halda o bunu istək və ya intiqam məqsədi ilə edir.İnsan qəzəbinin öldürücü həddi məhz burada göstərilir.Birinci mərhələ insanln qəzəbi , qəzəbin yaratdığı kin , kinin yaratdığı cinayət cinayətin yaratdığı situasiya və bu səbəbdən ortaya çıxmalı olan gizləmə yolu. 2-ci mərhələ gizliliyin psixologiyası.Beyin bütün səylə onu gizlətməyə çalışır izləri itirmə cəhdində olur.Yəni bu icraatın psixologiyası özlüyündə çox mürəkkəb mərhələni özündə ehtiva edir.Agata Kristi həmçinin bu kitabında maraqlı bir sual ortaya çıxarır - Kassetti kimi adamlara bu əməli etmək olar mı ? İnsan bu zaman öz ədalətini bərqərar edə bilər mi ? Bəs qanunla ədalət həmişə üst üstə düşür mü ? Bu önəmli kuliminasiya nöqtəsidir. Əlavətən həllə gedən yolun kiçik xırda detallarda gizlənməsi məsələn '' balaca boylu ? qadın səsi ilə danışan kişi'' obrazı , ''qırmızı xalat'' və.s kimi görünür ki mövcudiyyətsizliklər bəzən çox böyük bəlalar ortaya çıxarır və hətta ən günahsız insan belə ittiham olunduqda özünü çox şübhəli apara bilər'' Normal bir kitabdır oxumaq olar...İnşallah bu günlər keçər və mən Umberto Econun kitablarını oxuyaram...
Doğu Ekspresinde CinayetAgatha Christie · Altın Kitaplar · 201935,9bin okunma