İslam o qədər gözəl bir dindir ki insan oxuduqca oxumaq,dərinlərə daldıqca dalmaq istəyir.Təəssüflər olsun ki,bu gün həqiqi bir İslam dünyasından uzaq olsaq da bizim bir inancımız var.Bir gün o gələcək və İslam günəşi dünyada parlayacaq.
O gün insanlar sədəqə verməyə bir bəndə tapmayacaq,o gün heç kimin qonşusu ac yatmayacaq,məzlumlar zülm görməyəcək. Bir çoxları Mehdi inancının insanları tənbəlləşdirdiyini düşünsə də kitab bizə göstərir ki,əslində bu intizar , gözlənti yanan ocağın daimi nəzarətçisidir.Bu intizar o İslami cəmiyyətin qurulması üçün çox önəmlidir ilk növbədə bunu anlayırıq.
"Əgər mən özümdə günahkar olub , pak deyiləmsə , yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqlabın intizarını çəkənlərdən necə ola bilərəm ?"
Kitabda xilaskar inanışınının digər dinlərdəki varlığından (Hinduizm,Qədim Çin Mətnləri,Yəhudilik,Xristianlıq,Zərdüştlük) bu inanışın əhəmiyyətindən bəhs edərək Mehdi (ə.s) zühurunun əlamətlərindən (yəer üzündə fitnənin çoxalması,haqqın əziləcəyi,müsəlmanlara zülm olacağı,kişilərin kişilərə qadınların qadınlara tamah salacağı kimi əlamətlər və.s) bəhs edir.
Dəccalın ,dəcalların varlığına işarə edərək , Mehdi inancının varlığına istiqamətli hədislərin təvatür hədislər olduğu ilə əlaqəli məzhəblər arası fikir birliyi olduğu haqqında da məlumat verir.
Mövzu ilə əlaqəli yaxşı kitabdır,giriş niyyəti ilə oxuna bilər.