Əli Şəriəti ‘’Əli Şiəsi Səfəvi Şiəsi’’ kitabının təhlili.
Əli Şəriəti oxumaq mənim həyatımın dönüm nöqtələrindən biridir.Bilirəm,o qədər də önəmli bir adam deyiləm və bilirəm ulduz tozu olan bu dünyanın içindəki milyarlarla olan insanlardan sadəcə biriyəm fəqət əgər olar da bir gün həyatı oxunacaq qədər önəmli biri olsam istərəm ki bioqrafiyama yazılsın ki o çox böyük bir Əli Şəriəti heyranı idi və İslama məhz onun ‘’Dinə Qarşı Din’’ əsərini oxuyaraq gəlib.Elə ki bütün beynindəki bütləri məhz onun yazəları ilə dağıdıb.Bunun üçün uca Allaha həmdi sənalar olsun.
Şiəlik...İslamın tarix boyu iqtidar məzhəbi tərəfindən ötəkiləşdirilən , tərəfdaşlarının haqq deyə bağırıb qana bulaşdırılan , haqqı batildən çox kəskin bir şəkildə ayırıb İslamı və Əhli Beyti hər şeydən üstün tutan , İslamın inqilabi , oyanış tərəfi.
Üstad bu kitabında bizlərə izah edir ki ey ümməti İslam və özünü Şiə deyə adlandıran bəndələr bilin və agah olun ki sizlər Şiəliyi haqqı ilə tanımırsınız.Sizin tanıdığınız Şiəlik Səfəvi zehniyyətinin ortaya çıxardığı , uyuşmuş , yozlaşmış , içdən məhv olaraq sarayın əlində oyuncaq olan bir məzhəbdir.O şiəlik ki faizin özlərincə ‘’halal’’ versiyasını uyduran , təqiyyəsi qorxaqlıq olub , bütün qarşı fikirdə olan nəfər və dindaşlarına lənətlər yağdırıb İslamın vəhdət və tövhid şüarına zidd icraatlar ilə məşğul olan bir başqa dindir.O Şiəlik ki Şah Abbas şiəliyidir ki , burada imamlar insanüstü , şəfaəti birindən gözləyib özünün o şəfaətə layiq olub olmadığını sorğulayan , ictihadı durğun , yeniliyə bağlı , duası sadəcə özünə görə olan və intizarında belə bir təslimiyyət ( ki bu təslimiyyət başdan başa əlini ətəyini dünyəvi işlərdən çəkməkdir ) olan yozlaşmış bir başqa dindir.
Əli’nin Şiəliyi isə bütün bu saydığım anlayışlara Səfəvi şiəliyinin qarşısında oppponent kimi
Bu öğreti insanlıgın kurtuluşu, sınıf çelişkisi ve toplumsal bölünmenin önlenmesi nihayetinde tüm halk için ve toplumsal hayata eşitliğin,adaletin gerçekleştirilmesi için gerçek bir önderliğin kazanılması yolunda çabalamaktadır.