Gönderi

Amma neçə illik həyatın hər dəqiqəsi bir sirri-maeyi-əzab deyilmi? Hələ insan bir qədər mətanətli olarsa, onun üçün qurulan torpaqların bir qədərindən özünü xilas edə bilər. Amma vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında bir fəlakət uçurumu açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış... Cəmi məxluqat cəm olub təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə rəf etməyə qadir olmazlar, necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da... ölümdür!.. Cəfər Cabbarlı "Aslan və Fərhad"
40 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.