Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

286 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Fəsillərdən bahardır. İki mərtəbəli, qırmızı kirəmitli ev. Evin ikinci mərtəbəsindəki balkondan görünən mənzərə. Nərgiz, Rəhman və balaca Adil çay süfrəsi arxasında. Hüzurun tablolaşmış halı... Kitabın ən çox sevdiyim tərəfi bu oldu: limitsiz təsəvvür. Ötən əsrin 50-ci illərinin Bakısına səyahət etmək necə fərqli hiss etdirir. Bakı bağları, Xəzərin sahili, xəyalımda boz rəngin müxtəlif tonlarında qırmızı kirəmitli ev və onun fonunda cərəyan edən hadisələr. Sonra Adil gedir Moskvaya. Heç vaxt görməmişəm bu şəhəri. Ancaq sehirli sətirlər xəyalımda çevrilir olur Rusiyanın paytaxt küçələri. Kitabların xüsusi özəlliyi də bu olsa gərək. Azərbaycan yazıçılarının, demək olar ki, əksəriyyətində ortaq bir xüsusiyyət var- sadə təhkiyə dili. Dolaşıq, məna içində məna gizlənən cümlələrə təsadüf rast gəlirik. Salam Qədirzadə də bu qəbildən olan müəlliflərimizdəndir. Oxuduğum ikinci romanında da bu sadaladığım detallar hakimdir. 3 nəfərlik xoşbəxt ömür-gün sürən bir ailə idi onlar. Bir gün ailənin anası-Nərgiz vəfat edir. 3 azalır, olur iki. Yarım qalan boynubükük iki... Rəhman bir müddət sonra yarımı bütöv etmək istəyir, aşiq olur Diləfruza, Evlənirlər. Rəhmanın həyatının səhvi də məhz Diləfruz olur. İlk başda mehriban, şirindil ana əvəzi olan bu xanım zamanla içindəki şeytana təslim olur və Adilin mərhəmətsiz, qəddar, şəfqətsiz ögey anasına çevrilir. Rəhmanın isə deyingən, heç nədən məmnun olmayan, pul hərisi olduğu üçün onu bəd əməllərə, harama yönləndirən bir həyat yoldaşı. Adil üçün sınaq Diləfruzun əsl üzünü gördüyü gün başlayır. Həyatının ilk nəticəsi ağır olacaq qərarını verir- evdən gedir. Sonra yazar Adilin, Rəhmanın və digər obrazların taleyini necə istiqamətləndirir, bunu öyrənmək üçün kitabı oxumaq lazımdır.. Gah hüzünləndirən, gah mənalı-mənalı gülümsədən, gah da təəssüf qarışıq məyusluq hissi yaşadan oxuduğum maraqlı bir hekayə idi mənim üçün. Son isə qəhrəmanımız Adilə yazıla biləcək ən yaxşı vida idi. Tövsiyəmdir, yazın listinizə, məncə
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.