Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

117 syf.
8/10 puan verdi
·
5 saatte okudu
Yeraltı ədəbiyyatının sadəcə adını eşitmişdim. Doğrusu, necə olur, hansı tipik xüsusiyyətlərə sahibdir, məlumatım yox idi. İndi də dolğun informasiya aldığımı deyə bilmərəm. Ancaq barəsində təxmini fikir formalaşdı. ️ Müasir yazıçılardan Tural İlyasın “Dejavü” və “Jamevü” əsərləri məhz yeraltı ədəbiyyatın nümunələrindən biridir. Ayrı-ayrılıqda yarım olan bu iki kitab birlikdə tamamlanıb bütövləşir. . . İlk öncə əsərlərin adlarına diqqət çəkmək istəyirəm, “Jamevü” və “Dejavü”. Qısa adlardır, ancaq maraqlı tərəfi budur ki, harmonik səslənir, mövzu barədə maraq oyadır.. Dejavü insanlar arasında geniş yayılan bir beyin reaksiyasıdır. İlk dəfə yaşadığımız hadisəni əslində daha əvvəl yaşamış olma hissidir. Adətən ara-ara yaşadığımız bu hiss əgər tez-tez özünü büruzə verərsə, həkimə müraciət etmək tövsiyə olunur. 1-ci kitabın adı “Dejavü”dür. Hadisələr bir nəfərin- Kənanın ətrafında cərəyan edir. Müəllif onun yaşadığı iki ayrı hissi müvafiq olaraq iki ayrı kitabda təsvir edir. Hər iki kitab təəccüb doğuran sonluqla bitir. "Dejavü"nü bitiren de mənə daha çox maraqlı gəlmişdi yekun. . Mükəmməldir, deyə bilmirəm, mənfi cəhətləri var. Ancaq mən tənqidçi deyiləm, detallara girməyi düşünmürəm. Yazarın önündə hələ uzun yaradıcılıq yolu var, ilk qələm təcrübələri kimi yaxşı kitablar idi. Əsas özəlliyi, məncə, oxucunu düşünməyə, araşdırmağa, təhlil etməyə yönəltməsidir. Burada nə demək istənildi? Sonluq necə bitəcək? Hadisələr bir-birilə necə əlaqələnəcək? Tipli suallara cavab tapmaq istəyi oxunaqlı edir. . Müəllifə (imzalı) kitablar üçün təşəkkür edir, gələcək yaradıcılığında uğurlar arzu edirəm!
Tural İlyas
Tural İlyas
Jamevü
JamevüTural İlyas · Üçbucaq · 202019 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.