Tahmini Okuma Süresi:
3 sa. 19 dk.
Sayfa Sayısı:
117
Basım Tarihi:
2020
Yayınevi:
Üçbucaq
ISBN:
9789952479393
Ülke:
Türkiye
Dil:
Azerbaycanca
Türler:

Yorumlar ve İncelemeler

Puan vermedi·117 syf.··
2024 15. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Mart 2024 14:32
Düşünürəm ki, qadın və kişi hissləri ayrı-ayrı hekayələr də gözəl açılıb və sonda bunların bir məxrəcdə birləşməsi xüsusi ilə maraq gətirmişdi romana.
JamevüTural İlyas · Üçbucaq · 202024 okunma
8/10
·117 syf.··
2022 5. kitabı
·
5 saatte okudu
·
Okunma: 04 Şubat 2022 16:49
Yeraltı ədəbiyyatının sadəcə adını eşitmişdim. Doğrusu, necə olur, hansı tipik xüsusiyyətlərə sahibdir, məlumatım yox idi. İndi də dolğun informasiya aldığımı deyə bilmərəm. Ancaq barəsində təxmini fikir formalaşdı. ️ Müasir yazıçılardan Tural İlyasın “Dejavü” və “Jamevü” əsərləri məhz yeraltı ədəbiyyatın nümunələrindən biridir. Ayrı-ayrılıqda yarım olan bu iki kitab birlikdə tamamlanıb bütövləşir. . . İlk öncə əsərlərin adlarına diqqət çəkmək istəyirəm, “Jamevü” və “Dejavü”. Qısa adlardır, ancaq maraqlı tərəfi budur ki, harmonik səslənir, mövzu barədə maraq oyadır.. Dejavü insanlar arasında geniş yayılan bir beyin reaksiyasıdır. İlk dəfə yaşadığımız hadisəni əslində daha əvvəl yaşamış olma hissidir. Adətən ara-ara yaşadığımız bu hiss əgər tez-tez özünü büruzə verərsə, həkimə müraciət etmək tövsiyə olunur. 1-ci kitabın adı “Dejavü”dür. Hadisələr bir nəfərin- Kənanın ətrafında cərəyan edir. Müəllif onun yaşadığı iki ayrı hissi müvafiq olaraq iki ayrı kitabda təsvir edir. Hər iki kitab təəccüb doğuran sonluqla bitir. "Dejavü"nü bitiren de mənə daha çox maraqlı gəlmişdi yekun. . Mükəmməldir, deyə bilmirəm, mənfi cəhətləri var. Ancaq mən tənqidçi deyiləm, detallara girməyi düşünmürəm. Yazarın önündə hələ uzun yaradıcılıq yolu var, ilk qələm təcrübələri kimi yaxşı kitablar idi. Əsas özəlliyi, məncə, oxucunu düşünməyə, araşdırmağa, təhlil etməyə yönəltməsidir. Burada nə demək istənildi? Sonluq necə bitəcək? Hadisələr bir-birilə necə əlaqələnəcək? Tipli suallara cavab tapmaq istəyi oxunaqlı edir. . Müəllifə (imzalı) kitablar üçün təşəkkür edir, gələcək yaradıcılığında uğurlar arzu edirəm! Tural İlyasTural İlyas
İnceleme
JamevüTural İlyas · Üçbucaq · 202024 okunma
Tural İlyas “Jamevü”
10/10
·117 syf.··
Beğendi
·
2022 4. kitabı
·
6 günde okudu
·
Okunma: 15 Şubat 2022 07:58
(Kitab haqqında spoiler vermək istəmirəm, lakin bunu demək istəyirəm ki..) 41-ci hissəyə qədər eyni hadisələr, eyni son, demək olar ki, eyni həyat həkayəsi fərqli-fərqli şəxslər arasında baş verirdi. Və hər biri də sonda eyni hissi yaşayırdı.. yalnızlıq və məyusluq hissi.. Əslində bu kitab dejavü ilə jamevü’nün birləşməsi idi. Kitabın üz qabığında da göstərildiyi kimi. Hər bir şeydə sirr, məna, çatdırılması gərəkilən bir “mesaj” var idi. 41-47-ci hissələr mənim üçün tamamilə gözlənilməz oldu. O hissələri oxuyarkən çoox böyük bir təəccüb hissinə qapıldım. Çox fərqli hisslər yaşadım. Bir kitabı oxuyarkən bu hissləri ilk dəfə idi ki, yaşayırdım. Bu tamam fərqli idi. Sanki mənim (oxucunun) oxuyarkən, sonunun necə bitəcəyini bilən insanın (oğlanın) keçirdiyi hissləri mən də keçirirdim.. və ya necə desəm.. tam əksi… mənim keçirdiyim hissləri o da keçirirdi. Bəlkə də, biz eyni anda bu hissləri keçirirdik. Eyni anda düjavü’nü yaşayırdıq və sonunun da necə bitəcəyini çox yaxşı bilirdik. Kitabı oxuyarkən eyni zamanda həm dejavü, həm də jamevü hissini yaşadım.. Bu hiss başa salınmaz bir hissdir, sadəcə yaşanır və hiss edilir. Çox fərqlidir. Kitabı oxuyanlar məni daha yaxşı anlayar. Düşüncəmə görə, kitab bir şey çatdırmaq istəyirdi. Nəyi çatdırmaq istədiyini bu cümlələrdən daha da aydınlaşdıra bilirdim: “ Fikrimcə, zaman anlayışını dərk edib artıq. Və sevgi, fəlsəfə kimi bir sıra şeyləri də hiss edir və yaşayır hazırda ”. Eynilə mənim də hazırda yaşadığım kimi. Bəlkə də, bu cümlələr oxucuya yönəlirdi, bəlkə də, yanılıram, lakin, düşüncəmə görə, “mesaj” bu cümlələrdə gizli idi. Fikrimcə, bu kitab bizə “zamanın” necə dəyərli olduğunu çatdırır və öyrədirdi. Və əlbəttə ki, kitabda fəlsəfə, sevgi qarışığı mövzular rol alırdı. (Ümumiyyətlə fəlsəfə, psixologiya, bunlar mənim ən
Felsefe-Düşünce
JamevüTural İlyas · Üçbucaq · 202024 okunma
Reklam