Tahmini Okuma Süresi:
2 sa. 30 dk.
Sayfa Sayısı:
88
Basım Tarihi:
28 Şubat 2018
Yayınevi:
Üçbucaq Nəşriyyatı
ISBN:
9008548474445
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

8/10
·88 syf.·
2020 3. kitabı
Yazarın -Görəsən, olanlar hamısı dejavüdürmü? "yoxsa dejavüdür mənim həyatım?" deyə bitirdiyi cümləylə başlamaq istədim. Kitabı oxuduqca bu cümləni tez tez xatırlayırsan. Çünki hekayə iki paralel şəklində davam edir. Və davam etdikcə özün üçün sonluqlar qurursan və irəlilədikcə düşündüyün sonluqlar da dəyişir. Kitab ümumi olaraq maraqlı və mənə görə uğurlu fikirlərlə dolu idi. Bezmədim və zövq aldım. Təbii ki, bəzi fikirlərin daha da incələnməsini və dərininə varılmasını istədim. Mövzu hamının hislərinə yaxın olduğundan hər kəs üçün yazıldığını düşünürəm. Və ən çox diqqətimi çəkən yazarın tez tez musiqi əsərlərinin adını qeyd eləməsidir ki, yazar bunu qeyd edərkən həmin musiqiləri dinləyir. Kitab sadə və boş zamanlarınızı dəyərləndirə biləcəyiniz kitabdır. Xoş mütaliələr.
Edebiyat
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201828 okunma
Tural İlyas “Dejavü”
10/10
·88 syf.··
Beğendi
·
2022 3. kitabı
·
3 saatte okudu
·
Okunma: 10 Şubat 2022 04:04
Kitab o qədər maraqlı və axıcı idi ki, sadəcə 1 günə bitirdim. Baş qəhrəman olan Şəhriyar(Kənan) obrazında, demək olar ki, tamamilə özümü tapdım. Düşüncələri, fikirləri, xəyalları mənimkilər ilə üst-üstə düşürdü. Sanki bu düşüncələrin hər biri mənə aid idi, sanki mən düşünürmüşəm kimi bir an mənə gəldi. Sanki bunların hər biri mənim iç səsim idi. Şəhriyarı özümə çox yaxın görürdüm. Onun son dinlədiyi musiqini (Mickael Ortega - İnception) mən də kitabı oxuyaraq dinlədim. Bu çox hüzurlu bir hiss idi. Kitabı oxumaq o qədər maraqlı idi ki, hər bir baş verən hadisədən sonra nə olacaq deyə maraqla oxuyurdum və, demək olar ki, kitabın hər bir səhifəsindən xətt çəkmişəm. Sonu məni çoox təəccübləndirdi, belə bir son olacağını heç gözləmirdim. Və son səhifəsini oxuduğum zaman çox təsirləndim və özümdən asılı olmayaq, gözlərim doldu.
Felsefe-Düşünce
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201828 okunma
Puan vermedi·88 syf.··
2024 13. kitabı
·
24 günde okudu
·
Okunma: 18 Mart 2024 09:21
Kitabda zaman ardıcıllığı ilk başda oxucunu çaşdırır. Bir hadisədən digərinə keçidlər yorucu görünsə, yazının dilinə ağırlıq qatsa belə sonra ki hissələrdə bu romanın əsas zövq mənbəyinə çevrilir. Yazıda olan ustalıq insanı heyrətləndirir. Bir neçə zamana dövr ediş gerçəkdən sonlara yaxın mənə zövq verir. Kafka sayağı yazı da adlandıra bilərəm. Gerçəkdən zövqlü idi.
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201828 okunma