Kitab o qədər maraqlı və axıcı idi ki, sadəcə 1 günə bitirdim. Baş qəhrəman olan Şəhriyar(Kənan) obrazında, demək olar ki, tamamilə özümü tapdım. Düşüncələri, fikirləri, xəyalları mənimkilər ilə üst-üstə düşürdü. Sanki bu düşüncələrin hər biri mənə aid idi, sanki mən düşünürmüşəm kimi bir an mənə gəldi. Sanki bunların hər biri mənim iç səsim idi. Şəhriyarı özümə çox yaxın görürdüm. Onun son dinlədiyi musiqini (Mickael Ortega - İnception) mən də kitabı oxuyaraq dinlədim. Bu çox hüzurlu bir hiss idi.
Kitabı oxumaq o qədər maraqlı idi ki, hər bir baş verən hadisədən sonra nə olacaq deyə maraqla oxuyurdum və, demək olar ki, kitabın hər bir səhifəsindən xətt çəkmişəm. Sonu məni çoox təəccübləndirdi, belə bir son olacağını heç gözləmirdim. Və son səhifəsini oxuduğum zaman çox təsirləndim və özümdən asılı olmayaq, gözlərim doldu.